Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35989
az

Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq dərmanlar açıqlandı

09:2221 İyul, 2020
404
  • A
Koronavirus infeksiyasına yoluxmaqdan qorunmaq üçün yeni dərman sinfi ərsəyə gətirilib. Bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov özünün “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, orqanizmi yeni koronavirusdan qorumağın açarı - monoklonal anticismlərdədir və peyvənd hazır olana qədər bu vasitədən istifadə etmək mümkündür: “Bu, (dərmanlar-red) etibarlı və təhlükəsiz peyvənd alınana qədər risk faktorları olan qruplarda COVID-19-un qarşısını almağa xidmət edəcək”. Həkim görülən bu işlərin çox perspektivli olduğunu deyib: “Bu anticismlər sayəsində mütəxəssislər müəyyən bir virusa qarşı çox güclü və olduqca xüsusi bir silaha sahibdirlər”. Myasnikov bu dərmanların adı ilə ayırd etməyin asan olduğunu vurğulayıb: Onların hamısı “-mab”la bitir - “Tozilisumab”, “Ramizisumab”, “Amisizumab” və sair. Baş həkimin sözlərinə görə, bu cür dərmanlar çox bahalı olsa da, effektivdir. Bununla belə, o, bu dərmanların xəstəliyin ağır gedişinin qarşısını almaq üçün yalnız risk altında olan insanlar tərəfindən istifadə edilməli olduğunu vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər