Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35667
az

“Bakıda COVID-19 partlayışı yarana bilər” – ŞOK AÇIQLAMA

09:1517 İyul, 2020
816
TİBB
  • A

“Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”.

Bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib.

Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin itməsi yaxın gələcəkdə - bir-iki həftə müddətində COVID-19 xəstələrinin sayında sürətli artıma səbəb olacaq.

“Aksiyaya çıxanlar arasında koronavirus daşıyıcılarının, o cümlədən asimptomatiklərin olması istisna edilmir. Təbiidir ki, bu zaman ətrafdakıları da yoluxdururlar. Yoluxmuş insanlar isə ailə üzvlərinin xəstələnməsinə bilavasitə səbəb olur. Protokollarda da qeyd olunub ki, bir COVID-19 xəstəsi 4 nəfəri yoluxdura bilir.

Yürüş iştirakçılarının sayını və onların 4 dəfə artdığını nəzərə alın. Görün bu nə qədər böyük rəqəmlər deməkdir. Odur ki, yaxın 1 həftə və ya 10 gün müddətində Bakı şəhərində koronavirus xəstələrinin sayında ciddi şəkildə artım olacaq”.

Həkim qeyd edib ki, xəstə sayının ciddi şəkildə artması səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər: “İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları Ordu üçün də ciddi təhlükədir. Dünənki izdiham nəticəsində Bakıda COVID-19 partlayışı yarana bilər. Odur ki, ikiqat ehtiyatlı və məsuliyyətli davranmalıyıq”.Publika

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO