Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3532
az

İsti havada böyrəklərinizi belə qoruyun – 5 MƏSLƏHƏT

13:1210 İyul, 2018
1113
TİBB
  • A
İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır. İsti havada qan qatılaşır ki, onu təmizləmək böyrəklərə daha çətin olur. Məhz isti havadan böyrəklərdə daşların əmələ gəlməsi riski da artır.

Oxu24.com  gencaile.az-a istinadən isti havada böyrəklərin sağlamlığını qorumaq üçün 5 sadə məsləhət verir.

1. Gün ərzində tez-tez adi təmiz su için. Buna əks-göstərişlər yoxdursa gün ərzində 2 l su için. Susuzlaşmanın ən yaxşı "göstərici"si sidiyin rəngidir. Sidiyin rəngi açıq sarı olmalıdır. Bu o deməkdir ki, orqanizm susuzlaşmadan əziyyət çəkmir. Sidiyin rəngi daim tünddürsə, mayenin qəbulunu artırın.

2. İsti havada spirtli içkiləri içməyin. Spirtli içkilər orqanizmin güclü susuzlaşmasına səbəb olur ki, bu da böyrəklər üçün ziyanlıdır.

3. İsti havada həddindən artıq çay və qəhvə içmək də böyrəklər üçün olduqca ziyanlıdır ki, bu 2 içki də orqanizmdən mayeni xaric edir və nəticədə susuzlaşmanın inkişafına səbəb olur.

4. Ətin istehlakını azaldın. İsti havada ətin həddindən artıq istehlakı böyrəklər üçün ziyanlıdır ki, bu zaman böyrəklər çox yüklənir.

5. Qidalanmanızda böyrəklər üçün faydalı olan qarpız, yemiş, xiyar, kələm, kök, göyərtilər kimi məhsulların miqdarını artırın Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu