Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30001
az

Gözdə qan damarları niyə partlayır?- SƏBƏBLƏR

02:4929 Aprel, 2020
1121
TİBB
  • A

“Həkim, mənim gözümün içi durduğu yerdə qızarır, qan damır, damarlarım partlayır, hər gecə gözlərinə qan dolur”- oftalmoloqlara tez-tez bu suallar verilir və xəstələr qorxu ilə gəlir.
Bu sindrom gözləri kor etmir, amma səbəb nədir?

Gözlərin içində olan səthi damarlar dözmür, partlayır və göz ağına qan sızır. Qansızma nöqtəli və ya bütün gözü dolduracaq qədər ola bilər. Gözdə damarların partlaması an məsələsidir və çətin bir səbəb tələb olunmur, konyuktivitin kapilyarlarının divarı çox həssasdır.

Medicina.az damarların partlamasının səbəblərini təqdim edir:

- Qəfil əyilib qalxmaq
- Öskürək
- Güclü gülmə tutması
- Təzyiqin qalxması
- Ağırlıq qaldırma
- Hündürdən yıxılma
- Qusma, öyümə
- Qəfil qorxu və stres
- Gözlərin travması
- Baş beyin silkələnməsi
- Konyuktivit xəstəliyində

Az və nöqtəli qansızma bir neçə günə itir. Əgər 1 həftədən çox çəkirsə o zaman müayinə və müalicə lazımdır.

Göz üçün xüsüsi heparinli damcılar və mazlar var.

Əgər gözdə damcılar müntəzəm, tez-tez, insan oturduğu yerdə partlayırsa, burda ciddi səbəbi axtarmaq və bir neçə həkimə müraciət etmək lazımdır.

Buna səbəb:

- Şəkərli diabet
- Yüksək təzyiq
- Damarların tutulması
- Qanın laxtalanma problemi
- Anemiya
- Qan xəstəlikləri
- C vitamini çatışmazlığı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı