Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2785
az

Dişləri ağartmır, çürüdür - DOĞRU BİLİNƏN YANLIŞ

09:4311 İyun, 2018
1848
TİBB
  • A
Dişlərinin ağ görünməsi hər kəsin arzusudur. Bunu stomatoloqların köməkliyi ilə etmək çox baha başa gəldiyindən insanlar təbii üsullara əl atırlar. Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.

Həmçinin dişləri ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edib dişə sürtərək, ağardılmasına çalışılır.

El arasında geniş tətbiq olunan metodlardan biri də 3%-li pereksin su ilə qarışdırılaraq, həftədə 3-5 dəfə dişlərə sürtülməsidir.

Aparılan araşdırmalardan sonra bu metodların sağlam dişləri qısa müddət ərzində bərbad hala saldığı üzə çıxıb.

Femida.az bildirir ki, diş həkimi Pertev Kökdemir bununla bağlı vətəndaşlara xəbərdarlıq edib: "Bu üsullarla dişlərin ağardılmasına çalışılması bir müddət sonra çox pis nəticə ilə yekunlaşır. Araşdırmalarımız və bizə müraciət edən pasiyentlərin problemləri göstərir ki, bu üsulla dişləri ağartmağa çalışdıqda bir müddət sonra çürüməyə başlayır".

Onun sözlərinə görə, internetdə və sosial şəbəkələrdə bəzi səhifə və saytlar oxunma sayı qazanmaq üçün belə xəbərlər yayımlayır və insanları çaşdırırlar: "Dişi sağlam olan, ancaq tam ağ olmayan insanlar var ki, onlar bu üsula əl atmaqla öz istəklərinə çatmaq istəyirlər. Amma bir müddət sonra onların dişləri çürüməyə başlayır, bu zaman onlar düşünülər ki, kaş belə etməyəydim, dişlərim sağlam qalaydı".

Pertev Kökdemir deyib ki, xüsusilə bu metodu tez-tez tətbiq edən insanların dişləri daha sürətlə saralır və çürüməyə başlayır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər