Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26899
az

DİQQƏT! Bu insanlar koronovirusa yoluxa BİLƏR - HƏR KƏS ÜÇÜN VACİB MƏLUMAT!

23:1021 Mart, 2020
3633
TİBB
  • A

Oxu24.com oxucuları üçün koronovirula bağlı vacib məlumatı təqdim edir:

COVID-19-a yüksək yoluxma riskiniz varsa, aşağıdakıları etməlisiniz:

Xüsusi ehtiyac olmadıqda evinizi tərk etməkdən çəkinin.
Özünüzlə başqaları arasında məsafə saxlamaq üçün gündəlik ehtiyat tədbirləri görün.
Kifayət həcmdə ərzaq və qeyri-ərzaq mallarını.
Evdən çıxanda xəstə olanlardan uzaq durun, yaxın təmasları məhdudlaşdırın və əllərinizi tez-tez yuyun.
Digər şəxslərdən mümkün qədər uzaq durun.
Təyyarə, ictimai nəqliyyat və digər növ səyahətlərdən və vacib olmayan səfərlərdən çəkinin.
Əhali arasında COVID-19 yayılması zamanı, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalın.

Kimlərdə xəstələnmə riski daha yüksəkdir?

COVID-19-un ilk başlandığı Çindən verilən ilkin məlumatlara görə bəzi insanların bu xəstəliyə yoluxma riski yüksəkdir:

Ahıl yaşda olan insanlar
Aşağıdakı xroniki xəstəlikləri olan insanlar:
Ürək xəstəliyi
Diabet
Ağciyər xəstəliyi

Əhali arasında COVID-19 xəstəliyinə yoluxma baş verərsə, bu uzun müddət davam edə bilər. Xəstəliyin yayılmasının nə dərəcədə geniş olduğundan asılı olaraq, səhiyyə işçiləri insanların COVID-19-a yoluxma riskini azaltmaq məqsədilə müvafiq qabaqlayıcı tədbirlər tövsiyə edə bilərlər. Bu hərəkətlər yayılmanı ləngidə və xəstəliyin təsirini azalda bilər.
Yaşınıza və ya uzun müddət əziyyət çəkdiyiniz xroniki xəstəliyiniz olduqda, COVID-19 virusuna yoluxma nəticəsində xəstəliyin sizdə gedişatı ağır ola bilər. Yoluxma riskini azaltmaq üçün müvafiq önləyici tədbirlər görməyiniz çox vacibdir.

Əgər sizdə ciddi xəstəlik riski varsa

COVID-19-la bağlı yüksək xəstəlik riski olan insanlar hətta xəstəlik yüngül olsa belə, həkimə müraciət etməlidirlər. Ürək, ağciyər və ya diabet kimi xroniki xəstəlikləri olanlar və yaşlılar COVID-19 xəstəliyi törətdiyi ağır fəsadların inkişafına görə daha yüksək risk altdındadırlar.

Əgər siz çox xəstəsinizsə, yardım üçün təcili həkimə müraciət edin.

Əgər sizdə COVID-19-a dair ağır xəbərdaredici əlamətlər inkişaf edirsə təcili həkimə müraciət edin. Ağır xəbərdaredici əlamətlər aşağıdakılardır*:

Çətinləşmiş tənəffüs və ya təngnəfəslik
Sinədə daimi ağrı və təzyiq
Yeni əmələ gəlmiş çaşqınlıq, təşviş və yuxululuq (yuxudan oyana bilməmək)
Üz və ya dodaqların göyərməsi
* Bu siyahı bütün əlamətləri əhatə etmir. İstənilən digər ciddi əlamətlərlə baglı lütfən, həkiminizlə məsləhət edin.

COVID-19-a qarşı indidən hazır olun

Lazımi dərmanlar, ərzaq və qeyri-ərzaq mallarının ehtiyatını yaradın
o Əhali arasında COVID-19 xəstəliyi yayılarsa və uzun müddət evdə qalmağınız lazım olarsa, əvvəlcədən həkiminizlə əlaqə saxlayın və hansı əlavə zəruri dərmanların əldə edilməsi barədə soruşun.
o Əlavə dərman əldə edə bilmirsinizsə, internet mağazalardan sifariş edin və ya evə çatdırma xidmətlərindən faydalanın.
o Qızdırma (yüksək hərarət) və digər simptomları müalicə etmək üçün yetərincə dərman və tibbi ləvazimatların olduğuna əmin olun (salfetlər və s.). Əksər insanlar ev şəraitində qrip və soyuqdəymə kimi xəstəliklərdə olduğu kimi, COVID-19 xəstəliyini müalicə edə biləcəklər.
o Bir müddət evdə qalmağa hazır olmağınız üçün kifayət qədər məişət əşyaları və ərzaq məhsulları əldə edin.

Gündəlik ehtiyat tədbirləri görün

o Xəstə insanlarla yaxın təmasdan qaçın
• Gündəlik profilaktik tədbirlər görün
• Əllərinizi tez-tez yuyun
• Xüsusən də öskürdükdən, asqırdıqdan və və ya ictimai yerdə olduqdan sonra əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun.
• Sabun və su olmadıqda, tərkibində ən az 60% spirt olan əl üçün təmizləyici (dezinfeksiyaedici) vasitədən istifadə edin.
• İctimai yerlərdə ən çox toxunulan səthlərə mümkün qədər toxunmayın (lift düymələri, qapı tutacaqları (qulpları), sürahilər, insanlarla əl-ələ vermək və s.). Nəyəsə toxunmalısınızsa, əlinizi və ya barmağınızı köynəyin qolu ilə örtün.
• İctimai yerlərdə səthlərə toxunduqdan sonra əllərinizi yuyun.
• Üzünüzə, burnunuza, gözlərinizə və s. toxunmaqdan çəkinin.
• Mikrobları yox etmək üçün evinizi təmizləyin və dezinfeksiya edin, tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin (məsələn: masalar, qapı tutacaqları, elektrik açarı, qulplar, yazı masaları, tualet, kranlar və mobil telefonlar)
• İnsan kütləsi olan, xüsusilə pis havalandırılan yerlərdə durmayın. Qapalı, pis havalandırılan yerlərdə xəstə olan insanlar varsa, COVID-19 kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslara məruz qalma riski artmış olur.
• Təyyarə səfərləri, gəmi kruizləri də daxil olmaqla bütün vacib olmayan ölkədaxili və ölkəxarici səyahətləri dayandırın.
• Əgər COVID-19 əhali arasında yayılıbsa, bu yeni virusa məruz qalma riskini daha da azaltmaq üçün özünüzlə digər insanlar arasında məsafə qoymaq üçün əlavə tədbirlər görün.
o Mümkün olduğu qədər evdə qalın.
• Ailə üzvləri, sosial xidmətlər və ya ticarət şəbəkələri tərəfindən ərzaq və qeyri-ərzaq məhsullarının evinizə çatdirilmasını təmin etməyə çalışın.

Xəstələnmə halı üçün müvafiq plana malik olun:

- COVID-19 əlamətləri haqqında məlumat almaq və sağlamlıq durumunuzu izləmək üçün həkiminizlə məsləhətləşin.
- Telefon və ya e-poçt vasitəsi ilə digər şəxslərlə əlaqə saxlayın. Xəstə olduğunuz zaman dostlarınızdan, ailənizdən, qonşularınızdan, səhiyyə işçilərindən və s. kömək istəyə bilərsiniz.
o Sizə kömək edəcək şəxs xəstələnsə, onu əvəz edə biləcək şəxsi müəyyənləşdirin.

Xəstələndikdə nə etməli?

Evdə qalın və həkiminizə zəng edərək simptomlarınız barədə ona bildirin. Ona COVID-19-a yoluxduğunuzu və ya yoluxa biləcəyinizi söyləyin. Bu, onlara sizə qayğı göstərməyə və digər insanlara yoluxmaqdan qorumağa kömək edəcəkdir. Xəstəxanaya yerləşdiriləcək dərəcədə xəstə deyilsinizsə, evdə müalicə oluna bilərsiniz.

Ailə dəstək və qayğı dəstəyi

Yaxın (doğma) insanın hansı dərmanları qəbul etdiyini öyrənin və ehitiyat üçün həmin dərmanlardan əlavə alın.
Qida məhsulları və tibbi ləvazimatlara olan ehtiyacı müəyyən edin və tükənməməsi üçün əlavə əldə edin (məs., oksigen balonu, sidik qaçırma halları zamanı istifadə edilən bezlər, dializ üçün ləvazimatlar, xronik yaralara qayğı üzrə məlhəmlər və s.).
Mağazaya gediş-gəlişi minimuma endirmək üçün tez xarab olmayan ərzaq məhsullarının ehtiyatını evdə yaratmağa çalışın.
Yaxın (doğma) insana qulluq edirsinizsə, vəziyyəti nəzarət altında saxlayın, xəstəliyin yayılmasının qarşısını almaq üçün müvafiq təlimatlara (evdə karantin) riayət edin, tibb işçiləri ilə tez-tez məsləhətləşin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi