Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2526
az

Azərbaycandan başqa dünyanın heç bir yerində belə biabırçılıq yoxdur - EKSPERT RƏYİ

13:0302 İyun, 2018
1236
TİBB
  • A
 Estetik, rekonstruktiv cərrahlıq ixtisas olaraq tibb müəssisələrində keçirilmir. Əslində ən azı 7 il ümumi cərrah kimi təcrübəsi olan şəxs estetik cərrah ola bilər. Çünki estetik cərrahlığın elə sahələri var ki, orada ən az cərrahlıq praktikasına yiyələnməlisən”.
Bu sözləri Xeberle.com-a açıqlamasında tibb eksperti Adil Qeybulla son zamanların ən aktual mövzusu olan və böyük ajotaj yaradan kosmetoloq Elnarə Rzayevanın təhsili və pasiyentlərini aldatması məsələsinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, belə şəxslər qanunda olan boşluqlardan istifadə edirlər:

"İndi təəssüflər olsun ki, bu məsələlər ölkəmizdə qarışıb, yəni kim nə ilə istəsə məşğul olur. Bununla bağlı qanunda olan boşluqlardan sui-istifadə edirlər. Məsələ bundan ibarətdir ki, bizdə instagram, whatsapp və s. kimi sosial şəbəkələr vasitəsilə camaatı "hipnoz” edən çox güclü reklam sistemi qurulub. Bəzi şəxslər, hansı ki, cəmiyyət onları tanımır, fəaliyyətini şişirdərək, başqalarıın səlahiyyətlərini mənimsəyərək özlərini reklam edirlər və təəssüf ki, xəstələr də onların tələsinə düşürlər. Bu televiziya kanallarında da belədir. Bilirsiniz ki, televiziya kanallarında həkimlər reklam olunur və bu reklamların da hamısı korporativ maraqlar əsasında qurulur. Onların əksəriyyəti də əsassız və yersizdir. Bu məsələlərin tənzim olunması üçün ən birinci həkimlərin və dərmanların reklam edilməsi qadağan olunmalıdır. Azərbaycanın televiziya kanallarından, mətbuatından başqa dünyanın heç bir yerində belə biyabırçılıq yoxdur. Bundan başqa həkimlərin məşğul olduqları sahələr üçün ən azından dövlət sertifikatı olmalıdır. Yoxsa küncdə-bucaqda vərəqin üstünə yazılmış sənədlə insanlar tibbi fəaliyyətlə məşğul ola bilməzlər. Məsələn, İngiltərənin kosmetoloji praktikasında xəstənin üzünə iynəni yalnız ixtisaslaşmış həkim vura bilər. Bu gün Azərbaycanda hər iki addımdan bir kosmetoloq fəaliyyət göstərir. Siz onu küçədə gəzərkən də görə bilərsiniz. Bununla ancaq Səhiyyə Nazirliyindən konkret lisenziya almış şəxslər məşğul ola bilərlər. Lisenziya müddəti də uzun olmur və bunun üçün həmin həkimin fəaliyyəti araşdırılır. Bu məsələ sənədlə, qayda-qanunla, dünya ölkələrinin getdiyi yol ilə tənzim olunmalıdır. Əgər belə olmazsa, insanların aldadılması halları da baş alıb gedəcək”.
Elnarə Salamova Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi