Kușinq sindromu nədir?
23 Aprel 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1086
10.02.2020, 18:27
Rusiyada bahalı dərmanların kreditlə satılmasına başlanılıb. Belə ki, 6-12 ay müddətinə veriləcək kreditin maksimum məbləği 300 min rubl (8000 AZN) olacaq. Rusiyalı ekspertlər hesab edirlər ki, farmaseptik bazarda kredit layihəsi müasir bank texnologiyaları istiqamətinə doğru müsbət addımdır.
Hazırda Azərbaycanda bir çox xidmət sahəsində kredit sistemindən istifadə edilir. Lakin səhiyyə sistemində bahalı dərmanlar və əməliyyatlar üçün kreditdən istifadə etmək təcrübəsi yoxdur.
Bəs ölkəmizdə də bu növ kreditlərin verilməsi ehtimalı varmı?
Bununla bağlı "Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, bu sistemin Azərbaycanda tətbiqi üçün bəzi problemlər aradan qalxmalıdır:
"Əslində Azərbaycanda insanlar öz səhhətlərinin qayğısına qalmaq, xəstəliklərini müalicə etdirmək, əməliyyat etdirmək üçün kredit götürürlər. Amma birbaşa bu seqmentə uyğun olan kredit olmadığına görə, adi kredit götürmək məcburiyyətində qalırlar. Əgər bu istiqamətdə də Azərbaycanda kredit transı açılsa, vətəndaşlara bu təyinat üzrə kredit verilsə, daha yaxşı olar. İnkişaf etmiş ölkələrdə bu kreditlərə ciddi güzəştlər də var, çox aşağı faizlə verilir.
Avropa ölkələrində təsdiqlənmiş diaqnozla müraciət olunmaq üçün bəzi banklar 2-3 faizlə, hətta 1,5 faizlə kredit verir. Amma bəzi ölkələrdə bu kreditlərin müddəti çox qısadır. Bu da onun mexanizmi ilə əlaqədardır.
Həmçinin oxuyun
Hazırda isə MDB ölkələrinin bəzilərində bu xidmət var. Artıq Rusiyada da belə kreditlər verilir, lakin hələ ki yüksək faizlə həyata keçirilir. Ümumiyyətlə, MDB ölkələri üçün kreditin müddətinin qısa olması hələ tezdir.
Çünki vətəndaşların əksəriyyətinin sabit gəliri yoxdur. Avropa ölkələrində isə vəziyyət fərqlidir. Avropa vətəndaşlarının sabit gəliri var, işlədikcə əmək haqqı ilə, işsiz olduqda isə işsizliklə bağlı kompensasiya ilə təmin olunur. Azərbaycanda və digər MDB ölkələrinin əksəriyyətində isə belə bir mexanizm yoxdur. Lakin Baltikyanı ölkələrdə bu istiqamətdə müəyyən addımlar atılır.
Düşünürəm ki, Azərbaycanda da belə bir kredit sisteminin işə düşməsi lazımdır. Hamımız bilirik ki, Azərbaycanda xəstəliklər geniş yayılıb. Lakin burada şəffaflıq problemi var. Müalicə üçün kredit ayrılacaq, insanlar bundan müəyyən sui-istifadə edib, saxta sənədlər hazırlayıb, bu kreditdən yararlanmaq istəyəcəklər. Çünki bunun üçün şərait var. Dürüstlük və şəffaflıq olmayan yerdə istənilən layihə öz səmərəsini vermir”.
01:11 / 24 Aprel 2026
166
00:48 / 24 Aprel 2026
147
00:13 / 24 Aprel 2026
158
23:43 / 23 Aprel 2026
140
23:30 / 23 Aprel 2026
114
23:16 / 23 Aprel 2026
169
22:57 / 23 Aprel 2026
178
22:45 / 23 Aprel 2026
191
22:34 / 23 Aprel 2026
75
22:14 / 23 Aprel 2026
773
22:09 / 23 Aprel 2026
99
22:03 / 23 Aprel 2026
64
21:58 / 23 Aprel 2026
60
21:55 / 23 Aprel 2026
56
21:53 / 23 Aprel 2026
147
21:51 / 23 Aprel 2026
318
21:45 / 23 Aprel 2026
108
21:39 / 23 Aprel 2026
211
21:37 / 23 Aprel 2026
1088
21:27 / 23 Aprel 2026
216
21:16 / 23 Aprel 2026
252
21:00 / 23 Aprel 2026
265
20:34 / 23 Aprel 2026
240
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.