Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23806
az

DİQQƏT! Maskasız şəhərə çıxmayın - Virusla bağlı xəbərdarlıq

02:2402 Fevral, 2020
975
TİBB
  • A

Dünyada koronavirusla bağlı ölüm xəbərləri artmaqda davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çinin Uhan şəhərində ortaya çıxan virus ötən ilin dekabr ayından bu yana yüzlərlə can alıb. Minlərlə insanın bu virusa yoluxduğu və hazırda karantin şəraitində müalicə aldığı deyilir. 

Ölkəmizə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Çindən turistlərin gəldiyi bir vaxtda virusun yayılma təhlükəsi də olduqca aktualdır. Bir müddət öncə Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət edərək, müəyyən profilaktik və ehtiyat tədbirlərinin görülməsini tövsiyə edib. 

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Sevda Mustafayeva deyir ki, hazırda İnstitutun balansında 8 xüsusi palata ayrılıb. Burada təlimatlı tibb personalı fəaliyyət göstərir. Əgər hər hansı bir şəxsdə virusa yoluxma şübhəsi yaranarsa, xəstə dərhal həmin palataya yerləşdiriləcək: “Bu palatalar mənfi təzyiqli palatalardır. Burada hava xüsusi filtrdən keçərək təmizlənir. Beləliklə, infeksiyanın kənara yayılmasının qarşısı alınır. Hər hansı şübhəli xəstə olarsa, onlar həmin boksda yerləşdiriləcək, müayinələrdən keçib müalicəyə olunacaq”. 

Koronavirusun əlamətlərinə diqqət çəkən həkim deyir ki, virusa yoluxan xəstələrdə burun axma, baş ağrısı, öskürək, boğaz ağrısı, qızdırma, nəfəs darlığı və tənəffüs zamanı çətinlik halları yarana bilər. Hazırda xəstəliyi müalicə edən heç bir dərman və ya peyvənd tapılmayıb. Sadəcə, simptomların qarşısını almaq üçün müalicələr aparılır. Hazırda ölkəmizdə bu virusa yoluxma halları qeydə alınmadığından, həkimlər, sadəcə, vətəndaşlara qrip və kəskin respirator viruslu xəstəliklərə yoluxmamaq üçün də bəzi profilaktik tədbirlər aparmağı tövsiyə edir: “Hər bir qripli xəstə bilməlidir ki, xəstəliyin ağırlaşmaması üçün özünə ciddi yanaşmalıdır. Bir neçə gün ev şəraitində özünə qulluq etməlidir. Xüsusilə insanların daha çox olduğu yerlərdən uzaq gəzməlidir. Lakin xəstəlik ağırlaşarsa, o zaman xəstə mütləq stasionar müalicəyə cəlb edilməlidir”.

Bununla yanaşı, vətəndaşlar qrip və kəskin virus xəstəliklərindən qorunmaq üçün əllərini hər dəfə 20 saniyədən az olmamaqla sabunla tez-tez yumalı və dezinfeksiyaedici məhlullarla silməli, çoxlu maye qəbul etməlidir. Hər bir şəxs xüsusi qoruyucu maskalardan istifadə etməli və bunu  ətrafındakılardan da tələb etməlidir. 
 
Qeyd edək ki, bu günə kimi koronavirusdan dünyada 259 nəfər ölüb, 11700 nəfərdə isə virusun simptomları aşkarlanıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO