Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19530
az

Pomidor püresi spermanı yaxşılaşdırır - ARAŞDIRMA

14:2928 Oktyabr, 2019
967
TİBB
  • A
 
Pomidorun kişi orqanizmi üçün böyük faydası var.

Medicina.az xəbər verir ki, alimlər aşkar ediblər ki, pomidorun tərkibindəki likopin maddəsi kişi spermasının keyfiyyətinə müsbət təsir edir.

Sheffield Universitetində həyata keçirilən araşdırma zamanı kişilər 12 həftə boyu hər gün iki xörək qaşığı pomidor püresinə ekvivalent olan 14 mq bioloji aktiv əlavə (BAƏ) qəbul ediblər.

Eksperimentin sonunda alimlər boşalmanın keyfiyyətində yaxşılaşma müəyyən ediblər. Müəyyən hissəsi BAƏ istehsalçısı tərəfindən maliyyələşdirilən araşdırmaya təsadüfi seçilmiş 60 sağlam kişi cəlb edilib. Onların bir qisminə BAƏ, digərlərinə isə plasebo verilib.


Həkimlər kişi sonsuzluğu probleminin araşdırılmasını çoxdan istəyirlər. Dünyaya övlad gətirə bilməyən cütlüklərin 50%-ində səbəb məhz kişi sonsuzluğudur.



Hazırda Britaniyanın Milli Səhiyyə Xidməti bu sahədə çətinliklərlə üzləşən kişilərə yalnız sağlam həyat tərzi sürməyi və rahat alt paltarı geyinməyi tövsiyə etməklə kifayətlənir.


Bundan başqa, stresli situasiyaları minimuma endirmək və qadının ovulyasiya günlərində müntəzəm sekslə məşğul olmaq da məsləhət görülür.

Amma son zamanlar problemin həllində bəzi qida maddələrinin də faydalı ola biləcəyi ideyası tez-tez gündəmə gətirilir.


Likopin (E vitamini və sink mikroelementinin kişi sonsuzluğuna təsiri daha əvvəl də araşdırılıb) antioksidantdır, yəni hüceyrə sviyyəsində oksidləşməyə mane olur və bununla da sərbəst radikalların mənfi təsirinin qarşısını alır. Eyni zamanda, likopin ürək xəstəliklərinin və bəzi xərçəng növlərinin inkişaf riskini də azaldır.
 
Xarici görünüşü yaxşılaşdırır

Sheffield Universitetinin alimləri eksperimentdə təzə pomidor yox, məhz BAƏ istifadə ediblər, çünki qida əlavəsiylə müqayisədə orqanizm ərzaq məhsullarındakı faydalı maddələri daha çətin əxz edə bilər. Bundan başqa, iştirakçıların hamısının eyni miqdarda likopin qəbul etməsi də vacibiydi.

Kişilərin sperması üş mərhələdə - eksperimentin əvvəlində, 6 həftə sonra və sonda laboratoriyada analiz edilib.


Analizlər zamanı spermatozoidlərin konsentrasiyasında fərq aşkar edilməyib, amma onların morfologiyası (xarici görünüşü) dəyişib: sağlam spermatozoidlərin proporsiyası və hərəkətliliyi likopin qəbul edən kişilərdə daha çox olur.

Eksperimentin rəhbəri  Sheffield Universitetinin doktoru, nutrisioloq Lis Williams nəticəni belə qiymətləndirir: "Bu, genişmiqyaslı araşdırma deyildi, biz təcrübəni daha əhatəli şəkildə təkrarlamalıyıq. Amma indiki nəticələr də diqqətəlayiqdir. Növbəti addımda biz eksperimentə sonsuzluq problemi olan kişiləri cəlb edib likopinin onların spermasına necə təsir göstərdiyini öyrənəcəyik - görək, invaziv müalicə metodlarına əl atmadan sonsuzluğu aradan qaldırmaq mümkündürmü? Bu gün biz kişilərə konkret məsləhətlər verə bilmərik. Həmişə onlara deyirik ki, spirtli içkilərin qəbulunu azaldın və sağlam qidalanın. Ancaq bunlar ümumi tövsiyələrdir".
 
Araşdırmanın nəticələri "Avropa nutrisiologiya jurnalı"nda ("European Journal of Nutrition") dərc edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR