Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13532
az

Böyrəyində problem olanlar, DİQQƏT! – BU YAZI SİZİN ÜÇÜNDÜR

13:0322 May, 2019
1153
  • A
Ramazanda ayında oruc tutanlar su və digər mayeləri normadan az qəbul edirlər. Orqanizmə daxil olan maye azlığı da müəyyən problemlərə yol aça bilir.
 
 
Medicina.az xəbər verir ki, urologiya üzrə uzman doktor Cem Şah bildirib ki, dializ xəstələri su qəbul etməyə və qidalanmaqlarına hər zaman xüsusi diqqət etməlidirlər:
"Normal vəziyyətdə uzun zaman susuzluğa qarşı orqanizmdə balans yaratmaq mümkündür. Lakin dializ xəstələrində bu, qəliz məsələdir. Bu xəstələrdə böyrəklərin çalışmaması səbəbi ilə maye yığılır və müxtəlif problemlərə təkan verir. Yığılan əlavə maye ödəm və ürək çatışmazlığı ilə nəticələnir. Dializ müalicəsi alan xəstələr oruc tutacaqlarsa, mütləq həkim nəzarətində olmalıdır. Diabet və ürək çatışmazlığı olanlar da bu qəbildəndir. Oruc tutmaq səhhətlərində ağırlaşma və yaxud başqa problemlər yaradırsa, oruc tutmaqları məsləhət deyil”.
 
 
 
Böyrək daşı üçün limonat
 
 
Ramazanda az su içmək böyrək daşı riskini artırır. Həkimin sözlərinə görə, buna qarşı ən yaxşı tədbir imsaqda və yaxud iftarda bol maye qəbul etməkdir:
"Daş və qum yaranmasının qarşısını alan təbii içkilər için. Sitral əleyhinə olan meyvələrdən olan limon ilk yerdə durur. Bu maddə böyrək xəstəliklərinə qarşı istifadə edilir. Ona görə də limonat hazırlayıb içə bilərsiniz”.
  
Hər insanın sidik kanalında müəyyən miqdarda mikrob olduğunu qeyd edən uzman həkim bol maye məsləhət görür:
 
"Normal şəraitdə sidik kanallarından bol maye keçdikdə (sidiyə çıxdıqda) mikrobların toplanması mükün olmur. Lakin maye az qəbul edildikdə mikroblar artır. Xüsusi ilə qadınlarda az maye qəbulu ciddi sidik yolları infeksiyasına təkan verir. Əgər bu istiqamətdə probleminiz varsa, oruc tutmaqdan çəkinin və ya mütamadi olaraq həkim nəzarətində olun”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını və öskürəyi sağaldan, infarkt və insultun qarşısını alan, cinsi meyli artıran MÖCÜZƏVİ ƏDVİYYAT
İntim münasibətdən sonra sevgilisini öldürən qadından ağlasığmaz hərəkət
Cinsi əlaqənin müddətini necə uzatmalı? – Hind seksoloqundan 5 MƏSLƏHƏT

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi