Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11798
az

“Kişi 40 yaşdan sonra da özünü qadın kimi hiss edə bilər” - Transla görüşən kişilər sonradan trans ola bilər...

23:5809 Aprel, 2019
2859
TİBB
  • A
 
Transseksuallıq anlayışı hələ lap qədimlərdən mövcuddur. Özünü qarşı cinsin nümayəndəsi kimi hiss etmək, o cür düşünmək və davranmaq transseksuallığın əsas əlaməti kimi qiymətləndirilir. Yəqin ki? xarici mətbuatdan əməliyyat olunaraq cinsini dəyişən insanlar haqda xəbərlərə rast gəlmisiniz. Hamı üçün bir sual maraqlıdır: niyə?

Bu cür insanları çoxları qınayır, onlar cəmiyyətdən təcrid olunur, iş və şəxsi həyatlarında bir çox çətinliklər yaşayırlar. Ətrafındakılar onları rəzil, xəstə və ya alçaq insan kimi görürlər.  

Lakin heç kim onların nə üçün bu cür seçim etdiklərini, həyatda üzləşəcəkləri çətinliklərə baxmayaraq yenə də həyat tərzlərini nə üçün dəyişdiklərinin səbəbini araşdırmırlar.    

Azərbaycanda da belə seçim etmiş insanların olduğunu nəzərə alaraq, Medicina.az mövzu ilə bağlı uroloq-androloq Zaur Ağayevdən açıqlama alıb.

Z. Ağayev deyib ki, hər 100 min insandan biri transseksual doğulur: "

Transseksualizmin tarixi çox qədimlərə dayansa da, ilk dəfə tibb tarixində bu haqda dəqiq məlumatlar 1886-ci ildə qeydə alınmağa və bu problem işıqlandırılmağa başlanıb. Yalnız bundan sonra treanseksualizm həyat tərzi kimi yox, bir xəstəlik kimi tibb tarixinə düşüb.

İl ərzində dünyada orta hesabla hər 100 min insandan 1-i transseksual doğulur. Bu hal anadangəlmə və ya sonradan meydana çıxan hal da ola bilər”.
 

Transseksuallar hansı həkimə müraciət etməlidir?

Mütəxəssis deyir ki, burada vacib məqam psixoloji amildir və onlar psixoterapevtə getməlidirlər:

 "Transseksualizm 2 cür olur: qadın-kişi və əksinə, kişi-qadın. Bu o deməkdir ki, 1-ci halda qadın özünü kişi kimi, 2-ci halda isə kişi özünü qadın kimi hiss edir. Bu halın meydana gəlməsində ən vacib məqam  psixoloji amildir. Belə şəxs həkimə müraciət etdikdə nə uroloq, nə androloq, nə ginekoloq, nə də ki endokrinoloq onları qəbul edir. Onlar əvvəlcə transseksuallıq üzrə ixtisaslaşmış və xüsusi təcrübə keçmiş psixoterapevtə yönləndirilirlər. Həmin psixoterapevtlər xəstə ilə söhbət etdikdən sonra onun problemini aydınlaşdıraraq uyğun mütəxəssisə müayinəyə göndərirlər.  

Sivil ölkələrdə insanlar daha açıq və sərbəst olduqları üçün bu mövzular rahatlıqla müzakirə edilərək araşdırıla və transseksualların düşüncə və fikirləri öyrənilə bilir. Nisbətən cənub-şərqdə yerləşən müsəlman ölkələrində isə vəziyyət başqa cürdür. Bizə zəng vuran xəstələr anonimliklərindən əmin olmalarına baxmayaraq, yenə də öz problemləri haqda telefonda pıçıltı ilə danışaraq, sanki özləri-özlərinə transseksual olduqlarını etiraf etməkdə çətinlik çəkirlər”.


Həmçinin oxu: Fahişəxanada əməliyyat:Azərbaycanlı qadınlar turistlərlə tutuldu+VİDEO


Z. Ağayev bu halın hətta 40 yaşda da meydana gələ biləcəyini bildirib: "40 yaşınadək kişi kimi yaşamış və normal ailəsi, həyat yoldaşı, övladları olan bir insanın sonradan özünü qadın kimi hiss etməsi də mümkündür”.
 

"Transseksualların bu dünyada bir məqsədləri var, o da bədənlərini dəyişməkdir” deyən androloq bu məqsədlə onların xaricə üz tutduqlarını əlavə edib:

"Çünki belə insanların ruhları sanki başqa və onlara yad olan bir bədəndə yerləşir. Onlar hər cəhdlə malik olduqları cinsdən və bədəndən çıxıb əks cinsin nümayənmdəsi olmağa can atırlar. Hətta bu məqsədlə xarici ölkələrə üz tutaraq böyük maliyyə və çətinliklər bahasına da olsa qadın və ya əksinə kişi olmaq üçün əməliyyat olunaraq cinsiyyətlərini dəyişdirirlər.

Belə şəxslərə əməliyyatdan 6 ay əvvəl hormonal terapiya təyin edilir. Bu terapiya sayəsində əməliyyat olunacaq şəxs psixoloji və fizioloji tərəfdən cinsini dəyişməyə hazırlanır”.

{banner_reklam}


Əməliyyatlar risklidirmi, fəsadları nələrdir?

"Qadın olmaq istəyən kişilərin daxili cinsiyyət orqanlar sistemi, yəni, yumurtalığı və ya uşaqlığı olmur. Onlara sadəcə olaraq estetik görünüş məqsədilə silikon sinə qoyulur və penisinin forması əməliyyatla dəyişdirilərək vaginaya uyğunlaşdırılır. Lakin bu cür əməliyyatlar çox risklidir, səbəbi isə əməliyyat sonrası çox böyük fəsadların meydana çıxmasıdır. Bu zaman tromboembloliya, ürək-damar problemləri, təzyiq və s. kimi hallar meydana gələ bilir. Həm də treansseksuallar 15-16 yaşlarında bu əməliyyata getmirlər. Onlar bu qərarı verənə qədər ömürlərinin yarısı gedir. Təxminən 40 yaşında bu əməliyyata gedən insanların təbii ki, səhhətində hər şey qaydasında olmur. Əməliyyatdan sonra qəbul edilən hormonal dərmanlar osteoporoz (sümüklərin dağılması) və beyində yerləşən hipofiz vəzinin fəaliyyətinin pozulması kimi problemləri meydana çıxarır. Buna görə də bu əməliyyatlar çox riskli sayılır. Nəzərə alsaq ki, bu cür insanlar hormonal terapiyanı ömürlərinin axırına kimi qəbul etməlidirlər, onda həmin xəstələrin ömürlərinin qısalacağını da qabaqcadan söyləmək olar. Bu terapiyanı yarıda saxlasalar, o zaman daha qısa müddətdə həyatlarını dəyişə bilərlər”, - deyə həkim qeyd edib.
 
Azərbaycanda cinsiyyəti dəyişmək mümkündürmü?

Zaur Ağayev deyir ki, bu əməliyyatlar əsasən Rusiyada həyata keçirilir: "Azərbaycanda isə hələ ki bu mümkün deyil. Çünki bu cür əməliyyatlar üçün tam baza olmalıdır. Burada yalnız cərrahlar deyil, psixoterapevtlər, endokrinoloqlar, plastik cərrahlar, ginekoloqlar kompleks şəkildə fəaliyyət göstərməlidirlər. Həmçinin burdaəsas amillərdən biri də  yaşadığımız cəmiyyətin, ətrafımızda olan insanların bunu necə qəbul edəcəyidir”.

İnsan niyə transseksual olur?

"Transseksualizmin meydana çıxma səbəbləri tam məlum deyil. Burada irsi amillər rol oynamır. Güman edilir ki, burada hamiləlik zamanı yaranan hormonal pozğunluqlar və ya alınan psixi travma çox böyük əhəmiyyətə malikdir.    
 
Onu da qeyd edim ki, bu cür insanlar öz istədiklərinə nail olmayınca, istədikləri həyatı yaşaya bilmədikcə, ağır depressiyaya düşərək 30 % hallarda sui -qəsdlə həyatlarına son verirlər. Hətta praktikamda belə hal da olub ki, bir şəxs mənə zəng edərək onda problemin yarandığını və özünü qadın kimi hiss etdiyini bildirib. Mən ona hər hansı bir həbi qəbul etməyi tövsiyə etmişəm və bildirmişəm ki, tezliklə düzələcək. Bir müddətdən sonra həmin insan mənə zəng vuraraq düzəldiyini və cinsi həyatının qaydaya düşdüyünü bildirib. Buna görə də bu cür şəxslər ilk növbədə psixoloqa müraciət etməlidirlər”.

Həmçinin  oxu:  41 yaşlı qadın internetdə tanış olduğu kişini evə çağırdı - Ölümdən son anda xilas oldu - FOTO Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişilərin cinsi fəallığının bel ölçüləri ilə əlaqəsi olduğunu bilirdinizmi?
Saçı tökülənlər bu qidaları yesin – SİYAHI
İnsanda olan dəhşətli fil xəstəliyi nədən yaranır?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO