Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105968
az

Erkən yumurtalıq çatışmazlığı nədir?

04:2211 Aprel, 2024
375
TİBB
  • A

Erkən yumurtalıq çatışmazlığı nədir?

Ölkəmizdə bu məsələdə dəqiq statistika yoxdur, ancaq ABŞ-də qadınların orta hesabla menopauza yaşı 50.7 olaraq müəyyən edilir. Qadınların 1-2 %-i 60 yaşından sonra və 1-2 %-i 40 yaşından əvvəl menopauza dövrünə girir. Qırx yaşından əvvəl menopauza dövrünə daxil olma erkən menopauza və ya prematür ovarian çatışmazlıq adlandırılır. Menopauza yaşını müəyyən edən ən mühüm amil genetik amillərdir. Bundan başqa siqaret istifadəsi kimi ekoloji amillər də menopauza yaşına təsir edir.


Erkən yumurtalıq çatışmazlığı nədir?

Yumurtalıqların həyat müddəti içərisində olan germ hüceyrə sayına görə müəyyən edilir. Hamiləliyin 20-ci həftəsində hər yumurtalıqda 3.5 milyon yumurta hüceyrə var ikən doğumda bu say hər yumurtalıqda 1 milyona, yetkinlik dövründə 300.000 və 40 yaşında 10.000-ə düşür. Reproduktivlik dövründə yalnız 500-ə qədər yumurta hüceyrə yetkin və potensial olaraq hamiləliklə nəticələnəcək hala gəlir. Qırx yaşından sonra yumurtaların tələfatında sürətlənmə izlənir.
Menopauza diaqnozu qanda FSH, LH və E2 hormonlarının səviyyələri ilə təyin edilir. "Occult ovarian çatışmazlıq" kimi tanınan gizli yumurtalıq çatışmazlığında xəstə normal menstruasiya gördüyü halda qanda FSH səviyyəsi o yaş qrupu üçün müəyyən olunan normadan 2 dəfə çox olur. Ultrasəs müayinəsində də yumurtalıqda follikul  və yumurta hüceyrə istehsal ehtiyatını göstərən rezervdəki sayda azalma olduğu görünür. Bu vəziyyət səbəbsiz hamilə ola bilməyən xəstələrdə əsas səbəb kimi görülür. 

Erkən yumurtalıq çatışmazlığının səbəbləri nələrdir?

1-ci genetik səbəblər: Erkən yumurtalıq çatışmazlığı olan xəstələrin 40%-də genetik səbəblər görülür. Araşdırmalarda erkən yumurtalıq çatışmazlığın 5-30%-də irsi keçid olduğu göstərilmişdir. Genetik keçid forması X-ə bağlı, otomoxrosomal dominant və ya resesif olur. Ancaq genetik keçidin necə baş verdiyi haqqında dəqiq məlumat yoxdur. Belə ailələrin kişi fərdlərində pozğunluq görülmür.

 A. Turner Sindromu: Bu sindrom xromosom quruluşunun XO, yəni iki dənə olması lazım olan cinsiyyət xromosomunun tək olması nəticəsində ortaya çıxır. Bu xəstələrin çox az bir qismi yetkinlik dövrünə girə bilməklə birlikdə, ümumiyyətlə, bu xəstələr heç menstruasiya görmür və cinsi inkişaf olmur.
 B. X-kromozomunda kiçik pozuntular: X xromosonunun heç olmaması Turner sindromuna səbəb olarkən,  xəstədə yalnız yumurtalıq qüsurları da görmək olar və xəstə menstruasiya görməyə və ya erkən menopauza dövrünə başlaya bilər. Yenə X xromosomunda translokasiya deyilən pozuntuların olması erkən menopauzaya səbəb olur. X mozaizm adlı xromosom pozuntusunda da erkən menopauza görülə bilər. Son olaraq Frajil-X sindromu adı verilən və əsasən ailənin oğlan uşaqlarında irəli dərəcədə əqli gerilik yaradan xromosom pozuntusunda qız uşaqlarında erkən menopauza görünür.
 C. Ferment çatışmazlıqları:
 I.17-hidroksilaz
 II. Steroidejonik kəskin nizamlayıcı protein
 IIIİ. Aromataz
 IV. Galaktoza-1-fosfat üridil transferaza
 D. Follikul xəbərdaredici hormon (FSH) reseptor genetik mutasiyalar: FSH hormonunun təsir göstərdiyi reseptorlarda tam itki olduqda xəstə  ümumiyyətlə menstruasiya görmür, qismən itki olduqda erkən menopauza dörvünə girir.
 E. Sanki Sindromu: Avtosomal resesif keçidli genetik bir xəstəlik olub; Anadangəlmə karlıq, qısa boy və yumurtalıqların inkişaf etməməsi ilə xarakterizə edilir.
 F. Ataxia-telenjektazia: Beyincik funksiyalarında pozğunluq, xərçəngə uyğunluq, immunitet sistemi çatışmazlığı və radiasiyaya həssaslıq ilə xarakterizə edilən bu xəstəlikdə yumurtalıqlarda da inkişaf pozğunluğu görmək olar. Xəstəlik avtosomal resesif olaraq keçir.
 G. İnhibin genə bağlı qüsurları
 2-ci Yumurtalıqların viruslara bağlı infeksiyaları:
 Xanazır (qulaqdibi xəstəliyi, parotit) infeksiya keçirən qadınların 2-8 %-ində yumurtalıqlarda da infeksiya görülür. Bu infeksiya yumurtalıq problemlərinə səbəb olaraq erkən menopauzaya yol aça bilər. Həmçinin sitomegalovirus, malyariya, su çiçəyi və dizenteriya ilə erkən menopauza arasında əlaqə olduğu deyilsə də bu fakt hələki sübuta yetirilməyib.
 3-cü Kimyaterapiya və radioterapiya
 4-ci İmmunitet sisteminə aid pozğunluqlar:
Erkən yumurtalıq çatışmazlığı olan xəstələrin kiçik bir hissəsində yumurtalıqlara qarşı anticisimlər sintez etməklə yumurtalıq toxumasının xarab olmasına səbəb olur. Belə xəstələrdə xəstənin öz toxumalarına qarşı antikor istehsal etməsi ilə xarakterizə olunan xəstəliklərin görülmə ehtimalı artır. Autoimmün xəstəliklər adı verilən bu qrup xəstəliklər qalxanabənzər, mədəaltı vəzi və böyrəküstü vəzi qüsurları, bəzi revmatizma xəstəlikləri, bəzi qan xəstəlikləri və şəkər xəstəliyi kimi ortaya çıxa bilir.
 
Erkən yumurtalıq çatışmazlığının diaqnostikası necə olur?
Erkən yumurtalıq çatışmazlığı diaqnozu qanda FSH, LH və E2 hormonlarının səviyyələrinə baxılaraq təyin edilir. Dəqiq diaqnoz üçün 1 həftə ara ilə və 4 dəfə qan analizinə baxılması lazımdır. Diaqnoz qoyulduqdan sonra bu xəstələrin bir hissəsində autoimmün xəstəlik riskində artım olduğunu nəzərə alınmaqla aşağıdakı testlər də aparılmalıdır: Kalsium, fosfor, aclıq qan şəkəri, aclıq kortizol səviyyəsi, sərbəst qalxanabənzər hormonları, TSH, qalxanabənzər anticisimlər, qanın ümumi analizi, sedimentasyon sürəti, total protein/globulin, romatoid amil, ANA. Bundan başqa, xəstə 30 yaşın altında isə mütləq xromosom analizi aparılmalıdır.

 Erkən yumurtalıq çatışmazlığının müalicəsi necədir?
Xromosom pozuntuları ilə bağlı və heç menstruasiya görməyən xəstələrdə hormon köçürülməsindən başqa çıxış yolu yoxdur. Bu xəstələrdə uşaq sahibi olmaq üçün yeganə yol yumurta hüceyrə köçürülməsidir. Yenə xromosom pozuntularına bağlı, ancaq xəstənin yetkinlik dövründən sonra menopauza girdiyi vəziyyətlərdə yenə hormon replasmanı və uşaq istəyirsə yumurta hüceyrə köçürülməsindən başqa edilə biləcək heç nə yoxdur.
 Öncəlliklə bu xəstələrin 10-20%-də avtomatik geri dönüş ola biləcəyini nəzərə almaq və bu səbəblə müəyyən fasilələrlə hormon dəyərlərinə baxmaq lazımdır. Əgər xəstə uşaq istəyirsə qanda FSH və LH səviyyələrinə baxılmalı, FSH/LH nisbəti 1-dən kiçikdirsə yumurtalıqları xəbərdaredici dərmanlar verilməlidir. Bu dövrdə tətbiq olunacaq müalicə növü olaraq (süni mayalanma və ya aşılanma) süni mayalanma daha məntiqli görünür. Digər xəstələrdə sümük əriməsi və digər menopauza təzahürlərinin qarşısının alınması üçün hormon müalicəsinə başlanmalıdır. Hormon müalicəsi zamanı xəstələrin 10-20%-in avtomatik menopauza dövrünə girə bilər və bu səbəbdən xəstələrin hamilə olacağı istisna edilməməlidir. Hormon müalicəsi hamiləliyə mane olmur və yaranan hamiləlik üzərində də ciddi bir anomaliya potensialı yoxdur. Bunlardan başqa, uşaq sahibi olmaq üçün ən əhəmiyyətli yol yumurta bəxşişidir.
 "Occult gizli yumurtalıq çatışmalığı" varsa, yəni xəstə normal menstruasiya gördüyü halda, FSH hormonunun yüksək olarsa ilk əvvəl süni mayalanma olunmalıdır. Bu xəstələrdə süni mayalanma üçün dərman istifadə olunmaya bilər, yəni təbii tsikldə süni mayalanma tətbiq oluna bilər. Gənc xəstə qrupunda az yumurta əldə edilməsinə baxmayaraq əhəmiyyətli dərəcədə uğur əldə edilir. Bu qrup xəstələrin menopauza dövrünə erkən girmə ehtimalı izah edilməlidir. 
 

   

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı