Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105963
az

Sizdə bu əlamətlər varsa,şəkər ola bilərsiniz  -  DİQQƏT!

00:2211 Aprel, 2024
709
TİBB
  • A

Şəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?

Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet, bir çox ciddi xəstəliyin də meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan Tip 2 diabetdir. Tip 2 diabet zamanı mədəaltı vəzidə yetərincə  insulin ifraz oldunduğu halda ,hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir.  Bu zaman şəkər (qlükoza) ,  insulin tərəfindən hüceyrələrə daşına bilmir və  qlükoza  miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itgisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.

Qan şəkərinin uzun müddət miqdarının çox olması ; ürək-damar sistemi, böyrəklər və gözlər başda olmaqla orqanizmdə bir çox qalıcı patologiyaların yaranmasına səbəb olur.

Diabetin əlamətləri nələrdir?

Diabet xəstəliyi özünü üç əsas göstərici ilə biruzə verir. Bunlar normaldan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxmaq, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi.

Bunlar xaricində görülə biləcək digər simptomları aşağıdakılar kimi sadalaya bilərik:

Halsızlıq və yurğunluq hissi
Sürətli çəki itgisi
Bulanıq görmə
Ayaqlarda uyuşma
Yaraların normaldan daha gec sağalması
Dəridə quruluq
Ağızdan asetonabənzər qoxu
Diabet (şəkər xəstəliyi) səbəbləri nələrdir?

Şəkər xəstəliyinin səbəbləri mövzusunda aparılan bir çox araşdırmada, diabet xəstəliyinin genetik və ətraf mühit amillərinin birlikdə təsiri ilə meydana gəldiyi nəticəsinə gəlinmişdir.

Əsasən Tip 1 Diabet və Tip 2 Diabet olaraq iki növü olan şəkər xəstəliyinin yaranma səbəbi növünə görə fərqlilik göstərir. Tip 1 şəkər xəstələrində genetik faktorların rolu yüksək olsa da qan şəkərinin tənzimlənməsində rol oynayan insulin hormonu ifraz edən mədəaltı vəziyə zərə verən viruslar və immun sistemin yaxşı işləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır. Bundan əlavə insanlar arasında daha geniş yayılmış olan 2 ci Tip diabetin səbəbləri arasında aşağı faktorları qeyd edə bilərik:

Çəkinin həddindən artıq çox olması
Valideynlərində şəkər xəstəliyinin olması
Hərəkətsiz həyat tərzi
Stress
Hamiləlik zamanı, hamiləlik diabetinin yaranması
Diabetinin hansı növləri var?

Tip 1 Diabet (insulindən asılı diabet) : Əsasən uşaqlıq vaxtından ortaya çıxan,mədəaltı vəzdə insulin ifrazının kifayət qədər və ya heç olmaması nəticəsində meydana gələn, xaricdən insulin qəbulunun mütləq olduğu diabet növüdür.

Tip 2 Diabet: Hüceyrələrin qan şəkərini tənzimləyən insulin hormonuna qarşı həssas olmaması nəticəsində meydana gələn şəkər xəstəliyinin növüdür

Latent Autoimmun diabet : immun sistemdə yaranan patologiya zamanı orqanizmin özünün özünə zərər verməsi nəticəsində meydana gələn Tip 1 diabetə oxşar diabet növüdür

Xalq arasında yayılan gizli şəkər xəstəliyi adı ilə tanınan-diabet önü vəziyyət, Tip 2 diabet xəstəliyi meydana gəlmədən öncə qan şəkərinin normadan az miqdarda yüksək olduğu, düzgün müalicə və pəhriz ilə xəstəliyin yaranmasının qarşısının alına bildiyi və ya yavaşladıla bilinən bir dövrdür.

Şəkər xəstələri necə qidalanmalıdır?

Günlük olaraq qəbul olunan karbohidrat, yağ və zülal miqdarı düzgün balanslaşdırılmalıdır. Sadəcə zülal əsaslı qidalanma ciddi zədələr yarada bilər. 3 əsas və 3 ara qidalanma olmalıdır. Ara qidalanmalar zamanı zülal və karbohidrat qəbulu bir yerdə qəbul olunmalıdır. 1 ədəd təzə meyvə və ayran istifadəsi kimi. Ana qidalanmada mütləq kalsium ilə zəngin qidalar istifadə edilməlidir. Hər qidalanmada az yağlı qatıq və ya ayran qəbulu qan şəkərinin ani yüksəlməsini və azalmasını tarazlayır.

Şəkər xəstələri üçün faydalı olan qidalardan bir neçəsini aşağıdakılar kimi qeyd edə bilərik:

Fındıq: sağlamlıq üçün faydalı yağla zəngin olan fınıq yetərli miqdarda qəbul edildikdə şəkərin miqdarını tənzimləməyi asanlaşdırır

Balıq:  ən sağlıqlı qidalardan hesab olunan balıq, Omeqa 3 deposu olması baxımından sadəcə diabet xəstələrinə deyil, eyni zamanda sağlam şəxslərin də istifadə etməli olduğu bir qidadır.

Qırmızı meyvələr: Antioksidant və lif baxımından zəngin olan qırmızı meyvələr, xüsusən Tip 2 diabet xəstələri üçün insulin istehsalına kömək edir və Tip 1 diabet xəstələri üçün qan şəkərinin tarazlaşdırılması baxımından çox əhəmiyyətlidir.

Göy kələm: Brokoli kimi, göy kələm də çox az karbohidrat dəyəri olan bir tərəvəzdir.

Avokado: Omega 3 deposu olan avokado ürək və təzyiqi xəstəliklərində istifadə olunan əsas qidalardandır, eyni zamanda şəkərli diabet xəstələrində qanda şəkərin miqdarının tənzimlənməsində təsiri böyükdür.

Qatıq: Mətbəximizdə vazkeçilməzlərindən biri olan qatıq,  tərkibindəki yüksək miqdarda kalsium miqdarı olduğundan gündəlik qidalanmamızda mütləq olmalıdır, eyni zamanda Tip 2 diabet riskini də azaltdığı ortaya çıxmışdır.

Çay: Mütəxəssislər, yaşıl çay və ya qara çayın şəkərsiz olmaq şərti ilə hər gün qəbul  edilməli olduğunu qeyd edirlər. Tərkibindəki yüksək miqdarda antioksidant sayəsində qan şəkərinin tənzimlənməsinə kömək edir.

Kətan toxumu: Sağlam yağ, lif və zülal mənbəyi olan kətan toxumu diabetlə mübarizə üçün ən çox istifadə edilməli olan  qidadır.

Alma: Xolesterol və ürək xəstəliyindən əziyyət çəkənlər üçün vacib  qida olan  alma qan şəkərini tarazlayaraq diabetlə mübarizə aparan gizli silahlardan biridir.

Sarımsaq: Sarımsaq xərçəng riskini azaldır, xolesterolu tarazlayır və qan təzyiqini tənzimləyir. Bu səbəblə diabetlə mübarizədə qəbul edilməli qidalardan biridir.

İspanaq: Lifli, yaşıl yarpaqları sayəsində şəkərli diabet xəstələri üçün  mütəxəssislər tərəfindən tövsiyə olunur.

Tünd şokolad: Aşağı şəkərli və bol kakaolu tünd şokolad insulin rezistentliyini  azaltmaqla yanaşı zəngin  antioksidant mənbəyidir.

Qulançar: Türk mətbəxində yeni bir yer qazanmağa çalışan qulançar, insulin istehsalını artırdığı üçün xüsusilə Tip 2 diabet xəstələri üçün tövsiyə olunur.

Darçın: Darçın, şirniyyat ehtiyacınızı qarşılaya  biləcək bir ədviyyatdır. Bundan əlavə, araşdırmalar darçının qan şəkərini tarazlaşdırdığını sübut etmişdir.

Yulaf: Lif baxımından zəngin olan yulaf, şəkərdə olan yüksək karbohidratları tarazlaşdırmaqda rol oynayır.

Paxlalılar: Lif baxımından zəngin olan paxlalılar, yalnız diabet xəstələrinin deyil hər kəsin həftədə ən az iki dəfə qəbul etməsi lazım olan qida qrupundadır,. Karbohidrat dəyəri az olan bu qidalar qandakı şəkər miqdarını tarazlaşdırır.

Brokoli: Bro koli 'şəkərli diabet üçün tərəvəz' adlandırmaq yanlış olmazdı. Təbii olaraq diabetlə mübarizə aparan bu tərəvəz qan şəkərini tarazlaymaqla yanaşı gündəlik C vitamini ehtiyacını da qarşılayır.

Diabet diaqnozu necə qoyulur?

Diyabet diaqnozunda istifadə edilən iki ən əsas test, aclıq qan şəkəri ölçümü və qlükoza tolerantlığı testi olaraq da  bilinən şəkər yükləmə analizidir. Laboratoriya şəraitində bu analizlərin nəticəsi daha düzgün şəkildə yoxlanılır. Sağlam fərdlərdə aclıq  qan şəkəri səviyyəsi 70-100 mq / Dl arasında dəyişir. Diabet diaqnozu üçün 126 mq / Dl-dən yuxarı  nəticə olmalıdır. Bu dəyər 100-126 mq / Dl arasındadırsa,  şəkər yükləmə analizi  olunur və yeməkdən sonra qanda şəkərin miqdarına baxılır. Yeməyin başlanğıcından 2 saat sonra qan şəkərinin ölçülməsi nəticəsində qanda qlükoza səviyyəsinin 200 mq / Dl-dən yuxarı olması diabet xəstəliyinin , 140-199 mq / Dl arasında olması gizli şəkər deyilən diabetönü dövrü göstərir . Bundan əlavə, son 3 aydakı qan şəkərini əks etdirən HbA1C (qlikohemaqlobulin)  analizin nəticələrinə də baxılmalıdır.

Bu göstəricilərdən sonra şəkərin səbəbi araşdırılır.  Bunun üçün İnsulin və insulin rezistentliyi analizləri də tələb olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü