Qaraciyərimizi necə qoruyaq? — Hər kəs üçün faydalı məlumat
06 May 2025, 11:24
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
1830
20.01.2024, 22:08
Unutqanlıq, bu gün demək olar ki, hamıda var. Bəs sizdə də varmı? Əvvəllər, bunun yaşla əlaqəli olduğunu düşünürdülər. Lakin son zamanlarda gənclərdə də yaddaşsızlıq geniş yayılıb. Sizə amma yaxşı bir xəbərim var. Unutqanlığın qarşısını almaq olur. Bəzi vitaminləri və qida əlavələrini rasiona daxil etməklə buna nail olmaq mümkündür. Bu videoda yaddaşı və beyin funksiyalarını qorumaq üçün vacib olan vitaminlərdən, doğru qidalanma vərdişindən danışacağam. Diqqətiniz məndə olsun.
B6 vitamini. Bu vitamin siqnal ötürən maddələrin istehsalına kömək edir. Həmçinin, qırmızı qan hüceyrələri əmələ gətirir, beyinin sağlam şəkildə işləməsini təmin edir. B6 vitamini çatmayanda zehni performans zəifləyir, unutqanlıq müşahidə olunur. Rasionunuza toyuq əti, balıq əti, kartof, mərci, noxud, banan, fındıq daxil edin. Bunlar B6 vitamini mənbəyidirlər;
D vitamini. Sümüklərin sağlamlığına cavabdeh olan D vitamini beyinin iş qabiliyyətini də yüksəldir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı zehni pozğunluğa, yaddaş problemlərinə yol açır. D vitamini ilə zəngin qidaları rasionunuza daxil etməklə, sağlamlığınızın keşiyində dayana bilərsiniz. Həmin qidalara misal kimi, yağlı balıqları, yumurta sarısını, göbələyi, süd məhsullarını göstərmək olar. Günəş işığı altında uzanmaq, günəşli günlərdə başıaçıq halda uzun-uzun gəzintilərə çıxmaq da D vitamini qəbul etməyin bir üsuludur;
B12 vitamini. Beyin funksiyalarında önəmli olan vitaminlərdəndir. Bilməlisiniz ki, orqanizmimiz B12 vitamini istehsal etmək qabiliyyətinə malik deyil. Buna görə də, B12 vitaminini qidalar vasitəsilə qəbul etməliyik. Xüsusilə, yaşlı insanlarda yaddaş itirilməsinin önəmli səbəblərindən biri B12 çatışmazlığıdır. Ət, qaraciyər, balıq, yumurta, göbələk, süd məhsulları qəbul etməklə orqanizmin B12 vitamininə olan ehtiyacını ödəmək olar;
E vitamini. Beyini oksidativ stressdən qoruyan antioksidantdır. E vitamini qəbulunun yaşlılarda beyin funksiyalarını yaxşılaşdırdığı da müşahidə olunub. E vitamini ilə zəngin qidalar bunlardır: badam, fındıq, günəbaxan tumu, balqabaq tumu, şirin kartof, ispanaq, taxılkimilər, avokado;
Omega-3 yağ turşuları. Beyin funksiyaları üçün vacib olan yağ növüdür. Omega-3 də B12 kimi, orqanizmdə istehsal edilmir. Yəni onu da qidalarla qəbul etmək məcburiyyətindəyik. Beyin hüceyrələrinin inkişafında, onların qorunmasında önəmli rol oynayan Omega-3 yağ turşuları yaddaşı gücləndirir. Yağlı balıqlar, kətan toxumu, çia (chia) toxumu, ispanaq, qoz Omega-3 ilə zəngin qidalardır;
Bəs Unutqanlığın qarşısını almaq üçün qidalanma vərdişlərini necə dəyişməliyik?
Bayaqdan bəri sadaladığım qidaları rasiona daxil etməkdən əlavə, “Aralıq dənizi pəhrizi”nə əməl etməklə də yaddaşı gücləndirmək mümkündür. Pəhrizin əsasını bol-bol təzə tərəvəzlər, balıq, az miqdarda qırmızı ət, zeytun yağı təşkil edir. Bəs aralıq dənizi pəhrizi nədir soruşsanız, qısa da olsa məlumat verim
Aralıq dənizi pəhrizi Aralıq dənizi ilə həmsərhəd ölkələrin ənənəvi pəhrizlərinə əsaslanan bir termindir və 1950-ci illərdə diqqət çəkməyə başlamışdır. Qərb ölkələri ilə müqayisədə Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin daha az olması bu pəhrizi məşhurlaşdırıb.
Bu pəhrizdə əsas yağ mənbəyi olan zeytun yağına üstünlük verilir, qırmızı ət isə ayda cəmi 1-2 dəfə istehlak edilir və pəhrizdə balıq mühüm yer tutur. Buna görə də Aralıq dənizi pəhrizi adekvat və balanslaşdırılmış qidalanmanın mühüm nümunəsi hesab olunur.
Həmçinin oxuyun
Aralıq dənizi pəhrizi ilk dəfə ürək sağlamlığına müsbət təsirləri ilə tanınıb. Bu ilkin kəşflər onu daha sonra digər sağlamlıq problemlərinə təsirlərini araşdırmaq üçün motivasiya edib. Bu gün Aralıq dənizi pəhrizinin bir çox faydaları məlumdur. Bu pəhrizin faydalarından bəziləri bunlardır:
Ürək sağlamlığını dəstəkləyir. Aralıq dənizi pəhrizi insanların insult riskini azaldır. Aralıq dənizi pəhrizi digər pəhrizlərə nisbətən damarlarda daha az lövhə yığılmasına səbəb olur.
Qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Bu balanslaşdırılmış pəhriz qan şəkərinin səviyyəsini tənzimləməkdə və insulin müqavimətinin inkişaf riskini azaltmaqda təsirlidir.
Beyin funksiyasını qorumağa kömək edir. Aralıq dənizi pəhrizinin əsas elementlərindən biri qoz-fındıq və zeytun yağı kimi sağlam yağları seçməkdir. Digər pəhriz növlərindən daha çox sağlam yağ ehtiva edən bu pəhriz beyin funksiyasına qoruyucu təsir göstərir.
Bağırsaq sağlamlığını dəstəkləyir. Aralıq dənizi pəhrizində daha az sadə karbohidratlar var, onlar qidalandırıcı və aşağı doyma hissi verir. Lif və antioksidant baxımından yüksək qidalara daha çox üstünlük verilən bu pəhriz bağırsaq sağlamlığını dəstəkləyir.
Xərçəngə qarşı qoruyucudur. Aralıq dənizi pəhrizi meyvə-tərəvəzlə zəngin bir pəhriz olduğundan, antioksidantlarla da zəngin bir pəhrizdir. Antioksidantlar bədəndəki sərbəst radikalları bağlayır və bu xüsusiyyəti ilə xərçəngə qarşı qoruyur.
23:55 / 08 May 2025
Videodakı uşaq məhkəmədə danışdı - FOTO
72
23:50 / 08 May 2025
Qazaxda ağır qəza - 4 nəfər xəsarət aldı
22
23:46 / 08 May 2025
Türkiyədə 126 nəfər toyuqdan zəhərləndi - FOTO
23
23:19 / 08 May 2025
Yeni Roma Papası XIV Leo kimdir? - DOSYE
25
21:49 / 08 May 2025
Yeni Roma Papası seçildi - yenilənib - VİDEO
47
21:24 / 08 May 2025
Göydən nə düşəcək? — Azərbaycan üçün risk nə qədərdir? (VİDEO)
236
21:19 / 08 May 2025
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib
56
20:48 / 08 May 2025
“İstəmirəm uşağım gündəmdə olsun”
60
20:33 / 08 May 2025
Yeni Roma Papası seçilib
65
20:20 / 08 May 2025
Azərbaycanda bu şəxslər hərbi xidmətə aparılmır
86
20:12 / 08 May 2025
Pensiya yaşı 3 il artırılır: Mayın 12-dən qərar veriləcək
1261
20:09 / 08 May 2025
Baş nazir Əli Əsədov qərar imzalayıb
77
20:04 / 08 May 2025
Tramp Xi-nin köməyinə ümid edir
60
19:59 / 08 May 2025
Toydan 12 gün sonra arvadının "kişi" olduğunu öyrəndi - FOTO
93
19:49 / 08 May 2025
Kiyevdə naməlum şəxs kütləyə atəş açdı - ölənlər var
73
19:38 / 08 May 2025
Məktəblərlə bağlı yenilik
86
19:30 / 08 May 2025
Prezident Ramiz Rövşənlə bağlı SƏRƏNCAM İMZALADI
301
19:24 / 08 May 2025
Vətən müharibəsi qazisi vəfat etdi - Foto
67
19:19 / 08 May 2025
Ən sərfəli nağd kredit verən banklar – Aprel 2025
72
19:01 / 08 May 2025
Avtobuslar yolunu dəyişdi — Sabah işə gedənlərə vacib xəbər
314
18:54 / 08 May 2025
Almaniya yenə millətçilərə icazə verdi
78
18:49 / 08 May 2025
Şuşada şəhadətə ucalan Şamo
178
18:44 / 08 May 2025
Aİ ABŞ-a tarif zərbəsi hazırlayır
71
18:44 / 08 May 2025
Əqrəblər şəhərləri işğal edir: Hücumlarda 250 faiz artım
75
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.