Breket çıxarılandan sonra dişlər niyə yenidən əvvəlki yerinə qayıtmağa çalışır? – Stomatoloqlardan XƏBƏRDARLIQ
23 Sentyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
799
15.01.2024, 11:03
Bağırsaqlarınızda hansısa xəstəliyin olmasını bilməyin asan bir üsulu var. Amma bu üsulu videonun sonunda açıqlayacağam. Videonun sonuna keçə bilərsiniz, amma məni dinləməyinizi tövsiyə edirəm. Çünki bağırsaqlarla bağlı maraqlı məlumatlar verəcəyəm.
Bağırsaqda istər çölyak, kron kimi xəstəliklər, istərsə də, adicə narahatlıqlar olsun, hamısı mikrobiomla əlaqəlidir. Bağırsaqlarda trilyonlarla mikrob var. Onların miqdarında və ya növündə bəzi dəyişikliklər ola bilər. Faydalı bakteriyalar daha az, zərərli bakteriyalar daha çoxdursa, problemin mövcudluğu şübhəsizdir.
Taxılkimilər lif mənbəyidirmi?
Bəzən bağırsaq problemindən danışan kimi, deyirlər: “Bakteriyaları liflə qidalandırmaq lazımdır”. “11 öynədən, ən azı, 3-ündə taxılkimilər yemək” qaydasının kökündə bu dayanır. Lifin mikrobları qidalandırdığını çoxdan bilirik. Lakin söhbət sağlam lifdən gedirsə, düşünməyə dəyər. Qəribə burasıdır ki, taxılkimilər zənn etdiyimiz qədər liflə zəngin deyillər. Onların, sadəcə, 7%-i lifdən ibarətdir. Bəli, yalnız bu qədər… Nişasta ilə zəngin olan taxılkimilər yüksək miqdarda lifə malik deyillər. Bundan əlavə, qeyd etməliyəm ki, taxılkimilərdə fitin turşusu var. Qısaca deyim, fitin turşusu mineralları bloklayır. Xüsusilə, dəmirin, kalsiumun, maqneziumun və sinkin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Yəni kimsə sizə taxılkimilərdən bol-bol yeməyi tövsiyə etsə, ona fitin turşusundan bəhs etməyi təxirə salmayın. Öyrənməyin və öyrətməyin yaşı yoxdur.
Köp və qaz nədən yaranır?
İnsanların çoxu lifli məhsullar səbəbiylə köpdən və qaz yığılmasından əziyyət çəkir. Bəs proses necə gedir? Bir fermentasiya müddətinə sahibik. Mikroblar liflərin bir qismini parçalamağa çalışırlar. Mikrobiom başlayır metan qazı, yaxud bağırsaqlarda köp, paralelində ağrı yaradan bu tip şeyləri ifraz etməyə.
Mikroblardan danışaq bir az da. Mikroblar 3 kateqoriyaya ayrılırlar:
1) “Pis mikroblar”-bunlara “patogenlər” deyilir;
2) “Dost bakteriyalar”-“mutual mikroblar” adlanır. Bunların bizimlə qarşılıqlı əlaqəsi var: bizə faydalıdırlar. Amma əvəzində də bizdən faydalı şeylər gözləyirlər. Məsələn; sığınacaq bir yerə sahib olmaq kimi;
3) Neytral mikroblar-“kommensallar”. Onlar bizim orqanizmimizdə yaşayırlar. Amma bizə nə zərər verirlər, nə də xeyir verirlər. Ümumiyyətlə, bizi narahat etmirlər;
Bu mövzuda bilməli olduğunuz şeylər var. Bağırsaqlardakı faydalı mikrobların böyük bir qismi qəfildən “pis mikroblar”a çevrilə bilirlər. Başqa sözlə, patogenlərə çevrilmək bacarığı olan mikroblara sahibik. Bəs “pis mikroblar” haradan əmələ gəlir? Birdən-birəmi meydana çıxırlar?
Neytral mikrobların “pis mikroblar”a çevrilməsində təsirli olan faktorlara bağırsaq çöpləri, Helicobacter pylori, Clostridioides difficile, kandida və s. bu kimi şeyləri misal çəkmək olar. Bağırsaqların mikrobiomu dəyişdikdə mikroblar xarakterlərini dəyişirlər. Nəticədə, orqanizmdə problemlər baş qaldırır. Bağırsaqlarda mühit dəyişkənliyinin əsas səbəbi stressdir. Bu mənada, bağırsaqlarda stress yaradanlardan biri antibiotiklərdir. İndi kimsə əminliklə deyəcək: “Mən antibiotik istifadə etmirəm”.
14:50 / 24 Sentyabr 2026
5
14:40 / 24 Sentyabr 2026
33
14:30 / 24 Sentyabr 2026
41
14:30 / 24 Sentyabr 2026
34
14:17 / 24 Sentyabr 2026
197
14:09 / 24 Sentyabr 2026
53
14:06 / 24 Sentyabr 2026
56
13:51 / 24 Sentyabr 2026
68
13:50 / 24 Sentyabr 2026
53
13:42 / 24 Sentyabr 2026
63
13:23 / 24 Sentyabr 2026
235
13:15 / 24 Sentyabr 2026
521
13:10 / 24 Sentyabr 2026
58
13:07 / 24 Sentyabr 2026
68
13:01 / 24 Sentyabr 2026
190
12:57 / 24 Sentyabr 2026
69
12:55 / 24 Sentyabr 2026
69
12:51 / 24 Sentyabr 2026
75
12:30 / 24 Sentyabr 2026
515
12:28 / 24 Sentyabr 2026
74
12:16 / 24 Sentyabr 2026
69
11:45 / 24 Sentyabr 2026
65
11:44 / 24 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.