Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97166
az

Elzanın meyxanaçı ilə davası: “Dedilər, nahaq yerə Vüqarı bağışlamısan”

10:0430 Oktyabr, 2023
201
ŞOU-BİZNES
  • A

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovdan polisə şikayət edib. 

OXU24.COM  xəbər verir ki, bu barədə o, qonaq olduğu "Xəbərin var?" verilişində danışıb. 

Sənətçi bildirib ki, sonradan meyxanaçını bağışlayıb: 

"Mən Vüqara meyxanaçı yox, "keyxanaçı" deyirəm. O, mənim üçün "keyxanaçı"dır. O və ətrafında olanlar "Meyxəbər" adlı verilişləri baxılsın deyənə, məni və sənətimi məsxərəyə qoyurdular. Mən Vüqardan polisə şikayət elədim. Amm mən çox peşmanam, gərək təkcə Vüqarı yox, onunla veriliş aparan digər şəxsləri də verərdim polisə. Əgər onlar sənətə çılpaq kimi baxıb görürlərsə, şəxsi işləridir. Mən yazmışam ki, "Qazanım daşdı, kəfini yedim".

Vüqar isə deyir ki, "Qazanı aşdım, kəfini yedim". Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, mən də sizin evinizə gəlmişəm, sən də mənə qarşı kiçik də olsa hörmətin olsaydı, haqqımda belə sözlər danışıb məni sosial şəbəkələrdə təhqir etməzdin.

Onlar mənim şeirlərimi öz verilişlərdə ələ salırdılar. Onu məhkəməyə verərdim. Amma polisdə Vüqar özünü elə aparırdı ki... Mənə sonra yaxınlarım söylədilər ki, nahaq yerə Vüqarı bağışlamısan.  Çünki o səhvini başa düşmədi. Kitabımı ona orada göstərdim. Bir sıra vətənpərvər şeirlərimi göstərdim.

Qurban olasan Hacı Nazim Məmmədova ki, o səni müğənni etdi. Bütün musiqimizi meyxalaşdırmısan. Müğənniləri də pula görə meyxanalaşdırmısız.

Heç bunlara görə mən sənə bir söz də deməmişəm. Amma şeir yazmağıma şübhə edirsən. məni təhqir elətdirməyə ixtiyarın yoxdur". 

Qeyd edək ki, bir müddət əvvəl V. Əbdülov E.Seyidcahanın ünvanına deyib: "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə "ana qaz, ananas"... Etmə belə, başına dönüm sənin, Elza".

Elza isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq", - deyə cavabını vermişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər