Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97127
az

Ancelina Coli İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb

15:2229 Oktyabr, 2023
214
ŞOU-BİZNES
  • A

Aktrisa Ancelina Coli İnstaqramda İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini ifadə edən yazı dərc edib.

 

Oxu24.com xəbər verir  ki,ulduz heç bir ölkəni dəstəkləmədiyini bildirib.

Coli deyib ki, hər iki tərəfdən mülki əhalinin əzab çəkməsindən özünü "qəzəbli və xəstə hiss edir".

“İsraildə baş verənlər terror aktıdır. Amma bu, Qəzzada dinc əhalinin bombalanması nəticəsində nə qədər günahsız insanın həlak olmasına haqq qazandıra bilməz. Əhalinin qaçmağa yeri yoxdur, insanların ərzağa, suya çıxışı yoxdur, evakuasiya üçün heç bir yol yoxdur, sığınacaq axtarmaq üçün sərhədi keçmək kimi sadə insan hüququndan belə məhrumdurlar”, - deyə sənətçi bildirib.

Coli xatırladıb ki, 20 ilə yaxındır ki, müxtəlif vaxtlarda yaşayış yerini tərk etməli olan qaçqınlarla işləyir. Aktrisa izah edib ki, İsrail və Fələstində mülki şəxslər üçün humanitar yardım kifayət deyil.

“Yardım, yanacaq və sudan imtina bütün xalq üçün kollektiv cəzadır. Humanitar səbəblərdən atəşi dərhal dayandırmaq lazımdır. Fələstinlilərin və israillilərin həyatı, dünyadakı bütün insanların həyatı kimi, eyni dəyərə malikdir”, – Coli şəxsi bloqunda yazıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Efirə gələn zəng Zauru şoka saldı - VİDEO
Çingiz Mustafayevin toyu olacaq
Aygünlə Namiq bu mahnını oxuyacaq - Yeni deut gəlir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı