Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96354
az

Atası “Nikosayağı”nın son durumundan DANIŞDI: “Oğlumun işini çətinləşdirirlər...”

20:5211 Oktyabr, 2023
215
ŞOU-BİZNES
  • A

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin son durumu ilə bağlı atası məlumat verib. 

OXU24.COM  News24.az-a istinadən xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda evdə müalicələrinə davam etdiyini bildirib:

"Vəziyyəti eynidir. Hər şeyi açıq şəkildə bilirsiniz. Nicat tədricən sağalacaq. Qolu da hər kəsə məlumdur. Evdə müalicələrinə davam edilir".

N.Mütəllimov mediaya açıqlamaya ehtiyac olmadığını vurğulayıb:

"Mediaya açıqlamaya ehtiyac olmadığını düşünürəm. Bu, Nicatın işini daha da çətinləşdirir. Yazanda problemlər təzələnir. Ona ziyandır".

Xatırladaq ki, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Onun qolu amputasiya olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov ən son açıqlamasında istintaq tədbirlərinin davam etdiyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR