Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93938
az

"Nicatın ilk sualı Ruslan oldu, vəfatından xəbəri yoxdur"

09:1617 Avqust, 2023
247
ŞOU-BİZNES
  • A

"Niko özünə gəlib. Reanimasiyadadır. Danışır. İlk soruşduğu sual Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur".

OXU24.COM  istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostu, rəqqas Ramil Qasımov məlumat verib.

"Vəziyyəti stabildir. İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Guya deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah rəhmət eləsin, Ruslana..."

Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Ətraflı
Ad - 00:12

Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan blogerdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər