Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93088
az

Rühəngiz Musəvi: “1976-cı ildə “Miss Azərbaycan” gözəli seçilmişəm“ - VİDEO

22:1824 İyul, 2023
302
ŞOU-BİZNES
  • A

"Bağda darıxıram. Qardaşımın "Albalı" deyilən bağ evi var. Bir neçə gün orada qaldım, amma çox darıxdım. Heç bağ evimin olmasını da istəmirəm. Mənə Bakıdakı evim rahatdır. Bağa gedərəm, amma bir şərtlə, axşam qayıdım evimə". 

OXU24/COM  bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib. 

Dənizi sevmədiyini söyləyən sənətçi bildirib ki, gənc yaşlarında o, gəmi vasitəsi ilə Avropanın bir sıra ölkələrinə səfər edib: 

"Mən dənizi də sevmirəm. İllərdir ki, dənizə getmirəm. Üzməyi də bacarmıram. Həyat yoldaşımla Türkiyəyə getmişik. Bəlkə də getmədiyim xarici ölkə yoxdur. Cavanlığımda, subay vaxtımda dünyanı gəzmişəm. İllər əvvəl "Azərbaycan" adlı gəmi vardı. 1973-cü ildə Almaniyaya, gənclərin ümumdünya festivalına getmişəm.

1976-cı ildə beş ay o gəmi ilə həmkarım Eldar Axundov ilə kruizə çıxmışam. Orada da məni "Miss Azərbaycan" gözəli seçiblər. O kruizlə biz Yunanıstana, İtaliyaya, İspaniyaya, Afrika ölkələrinə getmişəm. Ölməz və dahi sənətkar Rəşid Behbudovla Macarıstana getmişəm". 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO