Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91796
az

\"Tövbə etdim ki, mahnımı oxumağa verməyəcəyəm\"

22:5929 İyun, 2023
247
  • A

"Gənc nəsil mahnılarımı oxuyur, heç adımı da çəkmirlər. Mən həmin ifaçıların adlarını çəkib, onları zədələmək istəmirəm. Gənc ifaçılardan biri repertuarımdakı mahnını ifa etmək istədi. İcazə verdim, oxudu. Oxuyandan sonra isə görürəm ki, əda çıxarır".

OXU24.COM  bildirir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Səhər mərkəzi" verilişində deyib. Sənətçi həmin şəxsi başqa proqramların birində biabır etdiyini bildirib:

"O gənc müğənni ilə bir proqrama getmişdik. Heç orada mənə demir ki, Ağadadaş müəllim olar ki, mən sizin mahnınızı oxuyum. Axı, o proqramda canlı korifey, ustad kimi oturmuşam. Orada hirsləndim. Durdu əda ilə mahnımı oxudu. Orada onun özünə bildirməsəydim, burada heç deməzdim. Orada fikrimi daha kəskin şəkildə dedim. Bu hadisədən sonra tövbə etdim ki, bir daha heç kimə öz mahnımı oxumağa imkan verməyəcəyəm. Mən özümdə o mahnıları yenidən oxuyacağam. Gənclər oxusunlar, amma bir az ədəbli olsunlar. Tövbə etdirməsinlər. Çünki indi müəllif hüquqlarımız aktiv fəaliyyətdədir. Ona görə də biz o aktivliyin içində olmalıyıq, kənarda qala bilmərik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı