Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90251
az

Qızlarım deyir ki, plastik əməliyyat etdirsən, mamalıqdan çıxacaqsan, qoymurlar gedim”

13:3805 İyun, 2023
219
ŞOU-BİZNES
  • A
İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimisə sevməlisən, dərdindən ölməlisən. Tamaşaçı sevgisi də, övlad, nəvə sevgisi də bu sevgiyə aiddir. Sevgi qadın üçün ən gözəl hissdir. Mənə elə gəlir ki, heç bir qadın sevgisiz yaşaya bilməz. Qadın sevgi dolu olmalıdır. Bəzən sevgi mahnıları oxuyursan, insanlar yozurlar. Nə edim ki, sevgi dolu qadınam?oxu24.comxəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib. Müğənni zamanında ən bahalı kliplər çəkdirdiyini bildirib. "Ən bahalı klipləri zamanında mən çəkdirmişəm. Ən bahalı klipimin qiyməti 14 min dollar olub. Sonra 8 min, 5 min və 4 min dollara çəkdirmişəm. Klip həvəskarı idim. Sonra klipə qarşı həvəs öldü. Cavanlıq, rəqabət var idi. İndi heç bir şey əvvəlki kimi deyil" deyə müğənni bildirib. Müğənni qızlarından da danışıb. "Qızlarım həyat dostlarımdır. Biri İsveçdə yaşayır, balaları var, biri isə yanımdadır. Bəzən onun üçün darıxıb yanına gedirəm. Artıq qızlarım öz ayaqları üstə dura bilirlər. Mən bəzən deyirəm ki, əməliyyat etdirib, özümü cavan qız edəcəm. Qızlarım mənə deyirlər ki, "sən niyə yaşdan danışırsan? Qocalmısan ki?". Mənə plastik əməliyyat etdirməyə icazə vermmirlər. Deyirlər ki, "sən asl mamasan, plastik əməliyyat etdirsən mamalıqdan çıxacaqsan" deyə sənətkar bildirib. Müğənni mətbəxlə arasının yaxşı olduğunu bildirib. "Mətbəxdə əlimdən hər iş gəlir. Xəmir xörəklərini həm yeyə bilirəm, həm də bişirə. Evim qonaqlı-qaralı olur. 1-2 rəfiqəm var, onlarla sıx əlaqədə olduğum üçün tez-tez evimə gəlirlər. Həm bişirməyi sevirəm, həm də yeməyi. Bəzən köklüyümü mənə irad tutanlar olur. Mənə belə rahatdır. Heç vaxt çəkimlə bağlı kompleks yaşamamışam. Hətta deyirlər ki, arıqlasan sənə yaraşmaz. İndiki yaşıma belə yaraşır" deyə müğənni bildirib. Almaz Ələsgərova məşğul olduğu idman sahəsindən də danışıb. "Həndbol idman növü ilə məşğul olmuşam. 10 il gedib-gəlmişəm. Hətta uğurlar da qazanıb, dərəcə almışam" deyə müğənni bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi