Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87321
az

"Həkimin səhvi ucbatından 10 ildə 3 dəfə dodaq kiçiltmişəm" - Əməkdar artist

15:3318 Aprel, 2023
206
ŞOU-BİZNES
  • A

Əməkdar artist Nigar Şabanova estetik əməliyyatlarından danışıb.

OXU24.COM  olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə MTV-də yayımlanan "Ailəmizin mətbəxi" verilişində söz açıb.

Nagehan Abdullayevanın "Pəhriz saxlayırsınız" sualına Şabanova belə cavab verib:

"Pəhriz saxlamıram, əksinə, çəki almaq istəyirəm. Bu, bizdə genetik problemdir. Müəyyən yaş dövründə 1-2 kilo artır, orada da qalır. Arıqlığıma qarşı kompleksim var idi. Dar geyimlərdə mədəm görünürdü. Efirə qısa kofta ilə dar şalvar geyinə bilmirdim, getdim əməliyyat etdirdim. Kompleksdən qurtuldum, çox rahatam.

Estetik əməliyyatları çox sevirəm. Anam deyir ki, bir də əməliyyata girsən, səni öldürəcəyəm, amma fikrim var. Burun əməliyyatım olub. 2013-cü ildə dodaq dolğusu etdirmişdim. Həkimin səhvi ucbatından 2013-cü ildən bu yana 3 dəfə dodaq kiçiltmişəm. Süni dolğu ilə təbii dolğunu qarışdırmışdı və yalan danışmışdı. Dodağım çox böyük görünürdü, üzümə uyğun olmurdu. Əvvəl çox kiçik idi, dodağım görünmürdü, onun kompleksini yaşayırdım.

Dodaq kiçiltmə, burun kiçiltmə, göz qapaqlarının əməliyyatı, bədən şəkilləndirmə etdirmişəm. Amma şükürlər olsun, əndazədən kənara çıxmaram. Sevmirəm - gözə girən şəkildə görünür, qadın dediyin gözəl olmalıdır. Bu yaxınlarda da yarıdan üzgərmə etdirdim. Yanaqlarıma qarşı kompleksim var. Elə bilirəm ki, yediklərim yanağımla, burunuma gedir. Real həyatda bilinmir, efir hər şeyi çox qabardır. Hələ ki yanaqlarımdan razıyam, ondan sonra da diş əməliyyatları etdirdim. Ondan da razıyam".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hüsniyə Məhərrəmli:
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
Studiyada təsirli anlar: Lalə Azərtaşın ayağına qapandı - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO