Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85850
az

Nigar aparıcıları tənqid etdi - VİDEO

12:4329 Mart, 2023
190
ŞOU-BİZNES
  • A

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşanə Ağasəfqızı arasında veriliş zamanı mübahisə yaşanıb. 

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, Nigar daha sonra məsələ ilə bağlı videoaçıqlama yayıb. O, aparıcılara səslənərək, onların efir zamanı qonağa danışmağa imkan vermədiyini deyib:

"Əziz televiziya aparıcıları, xüsusi ilə jurnalistikanı bitirmiş teleaparıcılara səslənirəm: Sizə və özümə sonsuz hörmətim var. Bir az acı danışacağam. Verilişlərinizə dəfələrlə dəvət edirsiniz. Sonda isə vaxt tapıb gəlirik. Buna görə sizə sonsuz təşəkkürümü bildirirəm. Amma bizim də gəlişimizə hörmətlə yanaşın. Çünki başım bir neçə dəfə bəlanı çəkib. Sual verilib, yerimə cavab verilib və adımdan yazılıb. Əgər qonağa sual verirsinizsə, səbrli olun. Onsuz da danışmaq sizin üçündür.  Gözləyin cavabını verək. Deyiləcək sözlərimiz çoxdur. Biz danışa bilirik. Necə siz yana-yana müğənnilərdən danışırsınız, müğənnilərin də media işçilərinə sözü var. 
Ətraflı

Sənəti ucuzlaşdırırsınız. Cılızları da yüksəldən media və telekanallardır. Sənətkarları da, insanları da həm ucaldan, həm də alçaldan mediadır. Gəlin, hər şeyi sənət adamlarının boynuna atmayın. Bu sözlərim yaxşı jurnalistlərdən uzaqdır. Onlar da çəkiliblər kənara. Buna görə də sənətdə cılızlıq baş alıb gedir. 

Gəlin, bir-birimizi görəndə bastalayıb ondan yuxarı özümüzü qaldırmağa çalışmayaq. Bu, bizə yaraşmaz. İnsanları gözdən salan özümüzük. İstər media, istər sənət olsun. Yorulmadıq dava-dalaşdan? Sosial şəbəkədə sənətkarları gözümüz görmür. Amma yarıçılpaqları o qədər gözəl paylaşırsınız ki,...Sənətkarlarla işiniz olmasın. Niyə bir-birimizi pisləməkdən doymuruq? İnsana çox acı gəlir".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü