Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83242
az

Jurnalistdən Nahidə Orucovanın oğurluq ittihamlarına cavab: “Dünyanı dağıdaram” - VİDEO

20:0722 Fevral, 2023
209
ŞOU-BİZNES
  • A

"Bu iddiaların heç birini qəbul etmirəm. Böhtan atmağa qalsa, mən nə cür formada istəsəm, danışa bilərəm. Ayıbdır! Biz çörək kəsmişik. Yəgin ki, hansısa anlaşılmazlıq var ki, Nahidə xanım elə deyir. Sabah mən efirə gələcəyəm. Nahidə xanım da gəlsin. Şər atmağa qalsa o qədər şər atmaq olar ki... Böhtanla insanın üzərinə yerimək olmaz".

OXU24.COM bizim media-ya istinadən xəbər verir ki, bu sözləri jurnalist Şəfəq Ağacan "Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirinə zəng edərək bildirib.

Jurnalist Əməkdar artist Nahidə Orucovun səsləndirdiyi "Şəfəq Ağacan evimdə qaldığı zamanı 1650 manat pulum yoxa çıxıb" ittihamlarına cavab verib.  

"Nahidə xanım özü Allah şahididir ki, neçə insan mənə zəng vurub, onlara təmənnasız kömək etmişəm. Heç cibimdə pul olmasa da... Milyonu qabağıma tökərlər gözümün ucu ilə belə baxmaram. Haram tikə mənə lazım deyil. Efirə gəlib, bütün suallara cavab verməyə hazıram".

Verilişin aparıcısı Lalə Azərtaşın "Bu məsələ bir aydır ki davam edir. Nahidə xanım sizə dəfələrlə  zəng edib, amma siz onun telefonlarını açmırsınız. Niyə?" sualına Şəfəq belə cavab verib:

"Qeyd etdim ki, özümün səhhətində və ailəmdə problemlər var. Buna görə də mən heç bir telefon zənglərinə cavab vermirdim. Nahidə xanım bu haqda mənə deyəndə, dedim nə danışırsan? Dediyinin fərqindəsən? Nahidə xanım bir şeyi başa düşmür ki, dediyi böhtanla heç məni yox, övladıma, ailəmə sabah hansısa bir ciddi problem yaransa o bunun altından çıxa biləcək? Çıxa bilməyəcək... Yenə də deyirəm ki, burada hansısa anlaşılmazlıq var, bəlkə ortaya girən başqa adam var, orasını bilmirəm. Tanıyanlar məni yaxşı bilirlər ki, mənim elə şeylərlə aidiyyatım yoxdur. Ayıb olan şeylərdir. Mənə də, Nahidə xanıma da ayıbdır. Çox böyük ajiotaj yaranıb. Övladım, anam sarsıntı keçirib. Sabah uşağım bir şey eləsə, Nahidə xanım bundan qurtara biləcək? Ona görə, gərək mən dünyanı dağıdam. Uşağım tələbədir, onun anasını efir vasitəsi ilə ittiham edirlər, bu ən böyük günahdır. Heç olmasa, Allahdan qorxsun".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü