Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82586
az

Şeyx Əbdüldən Vəfa Şərifovaya: “Günah onu efirə buraxanlardadır”

16:1513 Fevral, 2023
219
ŞOU-BİZNES
  • A

"İtimə sevgi göstərəcək şəxsə 800 manat maaş verəcəyəm". Bu açıqlamanı qatıldığı şou-proqramların birində müğənni Vəfa Şərifova edib. O bildirib ki, Moskvada özünə it alıb gətirib. Sevimli heyvanına Bakıda baxmaq üçün baxıcı axtarır.

Təbii ki, Vəfa Şərifovanın bu çıxışı sosial şəbəkələrdə ciddi tənqidlərə və iradlara yol açıb. Sosial şəbəkə istifadəçiləri insanların çətin sosial durumda olduğu bir vaxtda efirdən belə fikirlərin səsləndirilməsini qəbul etməyiblər. Üstəlik, belə çıxışların gənc nəslin tərbiyəsinə və dünya görüşünə mənfi təsir göstərdiyini bildiriblər.

OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, sənəti və səsi olmayan Vəfakimilərin bu cür hərəkətləri başa düşüləndir:

"Çünki, onlar yaradıcılıqları ilə deyil, ucuz və düşük reklamları ilə gündəmdə qalmaq istəyirlər. Mən Vəfa Şərifova adlı sənətçi tanımıram. Çünki, bayağı mahnılara qulaq asmıram. Amma o belə bir fikir səsləndiribsə, Azərbaycan xalqını təhqir edib. "Həci"lərin və bir də toy sahiblərinin pulu ilə harınlayan birisinin belə söz deməsi bağışlanılmazdır".

Xalq artisti fikrini inkişaf etdirərək onu da dedi ki, günah Vəfa Şərifovada deyil:

"Günah onu efirə buraxandadır. Nə yazıq ki, bu gün televiziyaların qapısı karvansara qapısına dönüb. Kim istəyir pulunu verib efirə çıxıb özünün döşünü başını, atını-itini, avtomobilini reklam edir. Televiziyaların nə efir siyasəti var, nədə ki, onlara "dur"deyən. Kim nə istəyir efirdən üfürür. Son nəticədə günah Azərbaycan xalqındadır. Xalq bu cür həssas məslələrə konkret və kəsərli münasibət bildirməli, həmin müğənnini və yaxud televiziyanı baykot etməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar
Efirdə 50 min manatlıq mərc etdilər - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO