Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79784
az

"Həyat yoldaşımın vətəninə köçdüm" - VİDEO

13:1130 Dekabr, 2022
356
ŞOU-BİZNES
  • A

"İnana bilmirəm ki, nəhayət buradayam. Uzun bir məsafəli münasibətdən sonra həyat yoldaşımın vətəninə köçdüm: pandemiya illəri, bağlı sərhədlər və ölkəmdəki müharibə vəziyyətinə görə internet olmaması, sonra bir ildən çox viza gözləmə prosesi. Biz birlikdə güclü idik və bacardıq".

Oxu24.com  xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə bildirib. Kaliforniyaya köçən Suada artıq orada yaşayacağını vurğulayıb:

"Həyatın yeni fəsli, yeni başlanğıclar, Yeni il, yeni xatirələr... Budur, 2022-ci il göstərdi ki, nə qədər mübarizə aparmağınızdan asılı olmayaraq, sonda bunun hər an və hər çətinliyə dəydiyini görəcəksiniz.  2023-cü il hamı üçün gözəl bir səyahətin başlanğıcı olsun, ruh yoldaşları bir-birlərini tapsınlar və ürəklər həmişə gülümsəsin".

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI: