Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79354
az

Prezident Aygünə ev hədiyyə etdi:Müğənni canlı efirdə ağladı (VİEO)

18:5824 Dekabr, 2022
685
ŞOU-BİZNES
  • A

Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.

Oxu24.com  Qafqazinfo-ya istinadla xəbər verir ki, ifaçı bunu Xəzər Tv-də yayımlanan “Söhbət musiqidən gedir” verilişində öyrənib.

Məsələ burasındadır ki, Aygün Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.

Aygün Bəylər ev probleminin həlli üçün Heydər Əliyev Fonduna müraciət edib. İfaçının müraciəti müsbət qarşılanıb. Bu xəbəri ona verilişdə aparıcı Leyla Quliyeva çatdırıb.

“Bu gözəl gündə Heydər Əliyev Fondu və cənab Prezident sizi təbrik edir. Ev sizindir” - aparıcı deyib.

Bunu eşidən Aygün Bəylər göz yaşlarını saxlaya bilməyib. Aygün Bəylər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aylıq gəliri ilə şoka salan Camillaya canlı efirdə elçi düşdülər – VİDEO
Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb