Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79304
az

Vasif Məhərrəmli bacısını evdən  niyə qovub? - ŞOK VİDEO

19:3023 Dekabr, 2022
1517
ŞOU-BİZNES
  • A

Əməkdar artist Vasif Məhərrəmli ilə uzun illər onunla yaşayan bacısı Leyla arasında dava düşüb.

Oxu24.com bildirir ki, axşam.az-a daxil olan məlumata görə, müğənni bacısını evdən qovub. Məsələni araşdırmaq üçün Leyla xanımla əlaqə saxladıq.

O, axşam.az-a açıqlamasında bildirdi ki, artıq iki ildir qardaşı ilə danışmır və tək yaşayır:

"Vasif qardaşım idi... Bunu gizlətməyəcəyəm, onsuz xəbər bir yerdən çıxacaq. Bilən də bilir bunu... Onun qızı Əfşanı böyütdüm, 18 yaşında universitetə qəbul oldu. Ondan sonra dedilər ki, artıq sən bizə lazım deyilsən. Onlarla heç bir əlaqəm yoxdur. Hər qayğısını çəkdim, evləndirdim, övladı oldu.

Onunla görüşmək istəyim də yoxdur. Nankor adamdan nə gözləyim? İnsan təkdirsə, onu heç bir maddiyat rahatlata bilməz (ağlayır). Ömrümün çoxunu, bütün həyatımı onlara həsr etdim".

Leyla xanım əlavə edib ki, V.Məhərrəmlinin övladları da onunla danışmır:

"Qız anasız qalanda 1 yaş 2 aylıq idi, 35 yaşında idim. Həyatımı ona həsr etdim, baxıcı belə tutmadım. Karyeramı, həyatımı, sənətimi qurban verdim. Heç qızla da əlaqəm yoxdur. Özüm Bakıda qalıram, evim var. İşləyirdim, qıza görə işdən çıxdım. Onun hazırlıqları, məktəbi, universitetə daxil olması ilə məşğul idim. Bütün fikrim ona yönəlmişdi, böyüdürdüm".

Məsələ ilə bağlı Vasif Məhərrəmlidən açıqlama almağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Leyla illər əvvəl açıqlamasından birində Vasif Məhərrəmliyə və qızına görə ailə qurmadığını demişdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şakira  oğlanlarını göstərdi
Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər