Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78963
az

Polis müğənnini saxladı - "dedi, maşından nəsə iy gəlir”

20:0916 Dekabr, 2022
192
ŞOU-BİZNES
  • A

Müğənni Hiss yol polisi tərəfindən cərimələnməsindən danışıb.

OXU24.COM  olay-a istinadən xəbər verir ki, bu barədə Xəzər FM-in "Surət həddi" verilişində açıqlama verib. Sənətçi deyib ki, avtomobili iki dəfə cərimə meydançasına aparılıb:

"İçki içən deyiləm. Ümumiyyətlə azaltmışam. İlk dəfə cərimələndiyim gün Şuşaya gedirdik. Axşamı da qardaşımın ad günü idi. Son bir ildə içkini çox azaltmışam, içəndə də 1 stəkan içirəm. O da yalnız xoş günlərdə. Qardaşımın ad günündə 1 stəkan içmişdim. Sonra səhər oyandım, qəhvəmi içdim çıxdım yola. Maşında yeni olduğu üçün qəribə iyi gəlirdi.

Polis saxladı məni, dedi, maşından nəsə iyi gəlir. Dedim ki, ola bilər. Soruşdu ki, içkilisiz? Dedim, yox, mən içmirəm. Sonra yoxlanış etdi, dedi, nəsə var. Mən də saf kimi söylədim ki, axşam 1 stəkan içmişəm, bəlkə odur. Ona da o sözü deyərlər?

Cəriməni yazdı, maşını da cərimə meydançısına apardılar. İkinci dəfə isə qəza olanda cərimə meydançasına aparmışdılar. İki dəfə də pis adla aparıblar. Birinci içkiyə görə, o da heç içməmişdim. Digərində də qəza adı ilə. Ən pisləri başıma gəldi".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər