Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78408
az

Əli Mirəliyevin arvadı görün kimdir - EFİRƏ GƏLDİ

10:3910 Dekabr, 2022
960
ŞOU-BİZNES
  • A

Müğənni Əli Mirəliyevin həyat yoldaşı efirdə qonaq olub.

Oxu24.com xəbər  verir  ki, ARB kanalında yayımlanan "Elgizlə İzlə" verilişində qonaq olan Anaxanım Mirəliyeva həyat yoldaşından və nəvəsindən danışıb.

Anaxanım Mirəliyeva efirdə gəlininin vaxtilə övladını ataraq getdiyini açıqlayıb:

"İndi nəvəmin 19 yaşı var. 17 yaşı olanda onu ölkədən çıxartdım, Ankaraya universitetə apardım. Anası onun ölkədən çıxarılmasına icazə verməli idi, verdi də. Sənədləri düzəldəndə o biri nənəsinin yanında qeydiyatda idi. Sənəd alanda bəlli oldu ki, oradan qeydiyatdan çıxarılıb. 

Məndən anası ilə görüşmək üçün icazə istədi və razılaşdım. O zamanlar isə vəziyyətim yaxşı deyildi, xəstələnmişdim. Nəvəmin anası məni küçədə gördü və söylədi ki, sən uşağımı əlimdən almısan. Buna görə də, Allah sənə dərd verib. Cavab verdim ki, əgər belədirsə, o uşağa baxmaq üçün Allah mənə dərman da verəcək.

Uşaq yayda tətilə gəldi və dedi ki, babam da, nənəm də rəhmətə gedib. Ona dedim ki, get, ananla görüş.

Amma bunlar haqda mənim oğlumun xəbəri olmayıb. Bu haqda ona heç nə deməmişəm. Bilsə, çox böyük stress keçirər. Elə olub ki, oğlum xəstə-xəstə nəvəmi çimizdirib, dırnaqlarını tutub və ona baxıb. Amma anası ona yaxın durmadı. Nəvəm isə bundan psixoloji travma aldı. Nəvəm ikinci kursda oxuyur. Çox tərbiyəli uşaqdır. Biz ondan çox razıyıq".

Ətraflı videonu təqdim edirik:

 

 

Hazırladı: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Talıb Tale evlənir - FOTOlar
Məşhur reper axtarışa verildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı