Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78072
az

Rəhim Rəhimlinin sevgilisi ÜZƏ ÇIXDI: “Mənimlə ailə qurmaq istəyirdi” - VİDEO

12:2105 Dekabr, 2022
118
ŞOU-BİZNES
  • A

"Rəhim özünə qapalı insan idi. Dərdini, sirrini heç kimlə bölüşmürdü. Adım Huridir. Hər gün onun məzarı üstə gəlirəm. Nə gecəm, nə gündüzüm var".

OXU24.COM bizim media-ya istinadən xəbər verir ki, bu sözləri özünü mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi kimi qələmə verən Hüri adında qadın "Maqazin  Plyus" verilişinə müsahibəsində deyib. 

O bildirib ki, Rəhim vəfat edəndə ölkə xaricində olub:

"Rəhim gedəni, hələ də alışa bilmirəm onun yoxluğuna. O gedəni nə havam, nə suyum çatır. Elə bilirəm ki, qaranlıq bir yerdəyəm. Rəhim dünyasını dəyişəndə ölkə xaricində idim. Dostları mənə zəng vurub dedilər ki, Rəhim artıq həyatda yoxdur. O, mənimlə sağollaşmadan, küsülü getdi həyatımdan".

Özünü sənətçinin sevgilisi kimi qələmə verən qadının sözlərinə görə, Rəhim dünyasını dəyişməzdən əvvəl onunla ailə qurub, övlad sahibi olmaq istəyib:

"Rəhim əvvəllər mənimlə ailə qurub, övladının olması haqda fikirləşirdi.  O, ən çox oğlan övladının olmasını istəyirdi. Deyirdi ki, heç olmasa, o, yolumu davam etsin, adımı daşısın. Amma bu da qismət". 

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bildirilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər