Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76452
az

"Toppuş bacı"nın səhhəti ilə bağlı açıqlama

21:4214 Noyabr, 2022
199
ŞOU-BİZNES
  • A

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ötən gün xəstəxanaya yerləşdirilib.

OXU24.COM  axşam.az-a istinadən bildirir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişində sənətçinin durumu ilə bağlı Milli Onkologiya Mərkəzi ilə canlı bağlantı yaradılıb. Həkimi aktrisanın səhhəti ilə bağlı məlumat verib:

"Tünzalə xanım ötən axşam mədə qanaxmasından planlı şəkildə şöbəyə daxil olub. Dərhal tədbir görülüb. Bu gün müayinələr aparılıb və məlum olub ki, mədədə kapilyar partlayıb. Oradan qanaxma olub, hazırda isə yoxdur. Hemoqlobini aşağıdır, ona görə də müalicə alır və qan köçürülür. Hazırlıqdan 2-3 gün sonra baş beynə şüa müalicəsi aparacağıq. Müalicəmiz iki həftə davam edəcək. Ay yarımdan sonra baş beynin "MRT" müayinəsin zamanı əminəm ki, orada yerləşən metostazların hamısının sovrulduğu öz təsdiqini tapacaq".

Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO