Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75371
az

Xoşqədəm Hidayətqızı məşhur müğənniyə məhkəmədə qalib gəldi

20:1525 Oktyabr, 2022
184
ŞOU-BİZNES
  • A

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni Aysel Əlizadəyə məhkəmədə qalib gəlib.

OXU24.COM  xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında aparıcının vəkili Ramil Qocayev məlumat verib:

"Mən Xoşqədəm xanımın həmin iş üzrə vəkili və nümayəndəsi olmuşam. Allaha şükürlər olsun ki, bu gün neçə vaxtdır uzanan məhkəmə prosesləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında demək olar ki, yekunlaşdı. Aysel Əlizadənin vəkilləri və nümayəndələri tərəfindən məhkəmədə qaldırdıqları iddia Xoşqədəm xanıma aid olan hissədə təmin olunmadı, rədd edildi. 
Burada təkcə Xoşqədəm xanım yox, başqa bir şəxs də cavabdeh qismində məhkəməyə verilmişdi. Həmin şəxsə aid olan hissədə qismən təmin olundu, amma Xoşqədəm xanıma aid olan hissədə isə, ümumiyyətlə Aysel Əlizadə tərəfindən qaldırılmış iddianın tələbləri rədd olundu, təmin olunmadı. Bu iş uzun müddətdir gedir. 

Biz ilk qələbəmizi 2021-ci ilin noyabrında aldıq. Ondan sonra işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytartdırdıq. Yenidən normal araşdırılmasına nail olduq. İş 2-ci dəfə araşdırıldı. Yekun olaraq bugünkü tarix üçün qərar verildi və qətnamə qəbul olundu. Həmin qətnamə hələ ki, qanuni qüvvəyə minməyib. 

Böyük ehtimalla Aysel Əlizadə tərəfindən yəqin ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti veriləcək. Biz ədalət naminə yenə də çalışacağıq ki, Bakı Apellyasiya Məhkəməsinin Xoşqədəm xanıma aid olan hissədə qüvvədə saxlanmasını təmin edək, haqqı, ədaləti bərpa edək".


Qeyd edək ki, Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda ilginc açıqlamalar verib. Proqramda yaşanan gərgin anlardan sonramüğənni aparıcını məhkəməyə vermişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
Şərabın elə bir faydası üzə çıxıdı ki...
Efirdə GƏRGİNLİK:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi