Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7537
az

Toliklə Elza arasında DAVA - Polis işə qarışdı

15:4530 Noyabr, 2018
723
ŞOU-BİZNES
  • A
 Əməkdar artist Elza Seyidcahan prodüser Toliki polisə verib.


Yenicag.az-ın məlumatına görə, Elza tərəfindən məhkəməyə verildiyini Tolikin özü canlı yayımda etiraf edib.

Xəbərə əsasən, Tolik müğənnilər Damla və Elza Seyidcahan arasındakı qalmaqala görə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

Konkret olaraq, Seyidcahan Damlanın fanatları tərəfindən ölümlə hədələndiyini, eyni zamanda, Tolikin bu məsələ ilə bağlı fikirlərini əsas gətirərək, polisə şikayət ərizəsi yazıb. Buna görə polis idarəsinə çağırılan Tolik orada izahat yazmalı olub.

Yenicag.az-a açıqlamasında baş verən insidentdən danışan Elza Seyidcahan onu qəzəbləndirənlərin ünvanına alov püskürüb:

“Mən bu səhər bacımı hava limanından yaşadığı ölkəyə yola salırdım. Kefim kök, damağım çağ. Mən adını çəkdiyiniz o verilişlərə baxmıram.

Yaradıcı insanam, konsertimə hazırlaşıram, evimin xanımıyam, öz dünyam, öz aləmim var. O adamların sözləri mənim üçün milçək mızıltısıdır. Qoy adımla reklam olunub, gündəmdə qalsınlar, məni müzakirə edib, kef eləsinlər.

Elə adamlar var ki, küsüb-barışırsan. Küsəndə küsməyə, barışanda barışmağa dəyər. Elə insanlar da var ki, nə küsməyə, nə barışmağa dəyməz. Çirkli milçəklərdir, qoy vızıldasınlar.

Mən əməkdar artistəm, heç kimin ixtiyarı yoxdur ki, xalqın sənətkarını təhqir etsin. Təhqir edənlər də həm Allah, həm də qanun keşikçiləri tərəfindən cavablarını alırlar. Şükür Allaha, əxlaqım, tərbiyəm göz qabağındadır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO