Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72474
az

Kamil Zeynallının 10 yaşlı qızı maşın sürdü: DİN-dən reaksiya

21:5928 İyul, 2022
222
ŞOU-BİZNES
  • A
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
OXU24.COM  xəbər verir ki, idmançı 10 yaşlı qızı Sahilənin avtomobil idarə edərkən çəkilmiş videosunu paylaşıb. O, qeyd edib ki, qızı avtomobili nəqliyyatın və insanların olmadığı yerdə sürüb:
“Qızıma neçə aydır avtomobil sürməyi öyrədirəm. Xam deyil, narahatlığa səbəb yoxdur. Bir qalıb silah atmağı öyrənməyi, o da tezliklə”.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında Kamil Zeynallının 10 yaşlı qızının avtomobil idarə etməsinə belə münasibət bildirib:
 
“Bu çox yalnış bir addım və kobud qayda pozuntusudur. Biz yol hərəkəti qaydasından, insanların təhlükəsizliyindən danışırıq. 10 yaşlı uşağa idarə etməsi üçün avtomobil əmanət etmək nə deməkdir? Bu ağla, şüura, qanunvericiliyə ziddir və cəzası var.
 
Kamil Zeynallı cəmiyyətdə tanınan simadır. Tanınan adamların da bu cür davranışları,ümumiyyətlə, yolverilməzdir. Təbii ki, bu fakt araşdırılacaq və hüquqi qiymət veriləcək. Bir insan cəmiyyətdə tanınırsa, qayda pozmaqla yox, nümunəvi hərəkətlər etməlidir. Ən əsası da qanunun aliliyi prinsiplərinin təbliğatçısı olmalıdır. Sürücülük hüququ olmayan, xüsusilə də azyaşlı uşağa avtomobil həvalə etmək olduqca təhlükəlidir. Qanunla sürücülük hüququ olmayan şəxsə 100 AZN, onu idarə etməyə verən fiziki şəxsə isə 60 AZN cərimə nəzərdə tutulub. Lakin burda digər tərəf məsuliyyətə cəlb etmə yaşında deyil, elə faciə də burasıdır ki, sükan uşağa verilib. 10 yaşlı uşağı cərimə etmək olmaz, qanunvericilik buna icazə vermir. Bu, onun valideyninin, yaxınının bağışlanılmaz səhvidir. Əgər bunu edibsə və videonu da paylaşıbsa, bu, don geyindirilməyəcək, əsas gətirilməyəcək səhvdir”.
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artistin ayağı amputasiya edildi - FOTO
Fidan Hacıyeva evliliyinin 20-ci ilini əri ilə belə qeyd etdi - VİDEO
İnsult keçirən Nisə Qasımovanın yeni görüntüsü - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü