Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70127
az

Əri ona xəyanət etdi, anasının əmlakını qohumları taladı –  Sənubər İsgəndərlinin həyatı

14:4430 May, 2022
1648
ŞOU-BİZNES
  • A

Potensialını tam iadə edə bilməmək də sənətçiyə əzab verən məqamlardandır. Elələri də var ki, bunun üçün hələki vaxtı var... Məsələn, bu günkü qəhrəmanımız kimi... Teatrda sözünü desə də, filmlərdə yetərincə görünməyən, ona yaraşan məşhurluğu qazanmayan aktrisamız Sənubər İsgəndərli...

Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr, 1960-cı ildə Bakıda anadan olub. 1990-cı ildə  Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 
Sənubər İsgəndərova 1989-cu ildə rejissor Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrının truppasına daxil olur. 

Aktrisa həmin illər haqqında müsahibələrinin birində deyir: 

“Hüseynağa müəllim sözə çox xəsis idi. Bizsə gənc idik, nə oynasaq, ağzına baxardıq ki, görək nə deyəcək... Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Yelenanı oynayırdım. İlk dəfə mənə dedi ki, proqramı bura gətir. Gətirdim, orda yazdı ki, Sənubər, sən indi başladın gözəlləşməyə. Allah, bu mənim üçün dünya idi! Hesab edin ki, elə o günü Xalq artisti adını da aldım, Əməkdar artist adını da. Çünki sənətkar mənə dedi ki, sən artıq aktrisa kimi formalaşırsan. Həmin “gözəlləşmə” sözündən sonra bir az rahatlaşdım...”
Sənubər İsgəndərli aktrisa fəaliyyəti ilə yanaşı müğənni kimi də Azərbaycan tamaşaçısına tanışdı. Məhəbbət olmayanda, Adam ol kimi mahnılarla bir müddət diqqət çəkməyi bacardı

 
1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışmağa başlayan aktrisa burada "Özümüzü kəsən qılınc", "Burla xatun", "Lənkəran xanının vəziri", “Ədirnə fəthi", "Hamlet", "Brüsseldən məktublar", "Yaşlı xanımın gəlişi", "Generalın son əmri" tamaşalarında iştirak edib. Teatr tamaşalarında ona ən çox uğur gətirən obraz "Yaşlı xanımın gəlişi" tamaşasındakı Klara Veşer obrazı olur. Aktrisa hazırda teatrın repertuarında olan “Sinif yoldaşları” və “Dəli yığıncağı” tamaşalarında iştirak edir.
 
Teatrda məhsuldar olan Sənubər İsgəndərli nədənsə kinoda az filmlərə çəkilib. “Kişi sözü”, “Şahid qız”, “Fəryad”, “Hökmdarın taleyi” filmlərində rol alıb. Onu geniş tamaşaçı kütləsinə tanıdan obraz isə “Kişi sözü” filmindəki Solmaz rolu olub. Mətbuatda yayılan xəbərlərə görə, aktrisa ilə filmdəki tərəf müqabili Əjdər Həmidov bir-birlərini seviblərmiş. Əjdər Həmidov müsahibələrinin birində həmin günləri xatırlayaraq deyir: 

Aktrisa anasını çox erkən, 13 yaşında itirib. Anasının ölümündən sonra qohumları anasından qalan bütün əşyaları öz aralarında bölüşdürürlər. Sonralar həmin günləri xatırlayarkən aktrisa anasından ona heç bir qiymətli əşyanın yadigar qalmamasına təəssüflənir.
Aktrisanın sözlərinə görə anası ondan incik dünyasını dəyişib. O, anasını xatırlayarkən deyir:
 “Anam məndən incik getdi, onu uzun müddət yuxuda görmədim. Çünki onun ürəyincə olmayan biri ilə ailə qurmuşdum. Aktrisa olandan sonra bir dəfə anamı yuxuda gördüm. Gözlərini yumdu, başını tərpətdi, düşündüm ki, razıdır. Bu sənətdə onun istəmədiyi kimi addım atsaydım, başqa cür baxardı. Anamı itirəndə 13 yaşım tamam olmamışdı... Onun yeganə övladıydım. Özüm də çox ədalıydım. Anam nazımla oynayırdı. Anamdan sonra anladım ki, ana, ata, var-dövlət varsa, səndən yoxdur. Əgər bunlar yoxdursa, sənə başqa cür baxacaqlar”.
Atasının və nənəsinin himayəsində böyüyən aktrisa çox tez, on yeddi yaşında sevdiyi insanla ailə qurub. Bu nikahdan onun Tamilla adlı bir qızı dünyaya gəlib. Ancaq aktrisanın bu evliliyinin ömrü daimi olmayıb. On ildən sonra həyat yoldaşından ayrılıb.  
Ayrılandan sonra aktrisa ikinci dəfə heç vaxt ailə həyatı qurmayıb. O, özü bu barədə müsahibəsinin birində deyir:
 
Aktrisanın qızına etdiyi “vəsiyyət” isə maraq doğurur: 
"Demişəm ki, xəstələnsəm, evə çəkiliş gəlməsin. Bu günə kimi evimə kamera girməyib. Bir dəfə bir müğənninin xəstə yatağında görüntülərini gördüm. Onda qərar verdim ki, olmaz. Bunu mütləq deyim, xəstə aktyoru efirdə köməksiz halda göstərməyin çox əleyhinəyəm. Qızıma möhkəm-möhkəm tapşırmışam, nə badə, anan düşdü, bir adamı içəri buraxmırsan. Demişəm! Həyatdır, Allah hamımızı dünyadan ayaqlarımızın üstündə aparsın. Amma ehtiyatı tutmaq lazımdır. Qəti! Olmaz! O aktyor insanın gözündə miskin olur! O vaxt mən Hamlet Qurbanovun kadrlarına baxanda bir ay özümə gələ bilmədim. Nəyə lazım idi onu göstərmək? Gərək ətrafı qoymayaydı. Yaddaşlardakı obrazı dəyişmək olmaz!”
Hazırda teatr fəaliyyət ilə məşğul olan Əməkdar artistin iki nəvəsi var. O, son illər çəkilən bir neçə serialda da yaddaqalan obrazlar yaradıb. Gənclik onu daha çox seriallardan tanıyır... 
Sənubər xanıma əksər hmkarlarından fərqli olaraq, ürək dolusu kino-teatr həyatı və xoşbəxtlik arzulayırıq...

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
Məşhur aktyor vəfat etdi - FOTO
Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü