Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69587
az

“Onun sükan arxasında yatması inandırıcı deyil" - Qəzada ölən Aslanla bağlı şok iddia

20:1218 May, 2022
1041
ŞOU-BİZNES
  • A

"Ailəsi Gəncədə Aslanın məzarını ziyarət edib qayıdır, yoldadırlar. Bu gün mən də Gəncəyə gedəcəkdim, amma başqa bir adam rəhmətə getdi deyə gedə bilmədim. Aslan həmişə xatırlanır, yaddan çıxmır, o unudulmayan bir insandır"

OXU24.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Sevda Kazımova yaxın dostu mərhum Aslan Hüseynov haqqında danışarkən deyib. S.Kazımova daha sonra Aslanla bağlı xatirələrini bizimlə bölüşüb:

"Aslanın gülümsəməyi, səmimiyyəti unudulmur. Onun şəklinə baxanda ancaq ağlayıram. Biz Aslanla çəkilişlərdə tanış olduq və sonradan dosta çevrildik. Ona görə onunla yaxınam ki, Aslan bizim Sumqayıtdakı evə də gəlirdi, elə olurdu yatırdı qalırdı. Hara getsə, bizə də gəlirdi. Ailəsiylə də çox yaxın olmuşuq və məni çox bəyənib, qəbul ediblər. Aslan kimi yaxın dostum olmayıb, onun səmimiyyəti bir başqa idi. Artıq mayın 4-də Aslanın ildönümü qeyd olundu. Bu gün isə doğum günüdür". 

S.Kazımova Aslan Hüseynovun qəzaya düşməsi haqqında da danışıb:

"O görüntülər Aslanın yol qəzasına düşdüyü video deyil. Maşında bir videosu var idi, o da yoxa çıxdı. Ailəsi isə qəzanın qəsdən törədildiyinə inanmır. Amma inandırıcı deyil ki, Aslan sükan arxasında yatsın və bu hadisə baş versin. O, çox ağıllı adam idi və hər kəsin cavabını verəcək gücü var idi. Anası dünyasını dəyişəndən sonra o gücdən düşdümü, ürəyi çox ağrıyırdı, bilmirəm. Aslan maşının ustaya qoyanda bir neçə avadanlığını da çıxarmışdılar. Onun sükan arxasında yuxusu gələrsə, o maşını saxlamalıydı". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var