Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69528
az

"Döy məni, öldür məni" - Aysel Teymurzadə 16 yaşında - Arxiv VİDEO

22:4116 May, 2022
1221
ŞOU-BİZNES
  • A

2009-cu ildə 54-cü "Avroviziya" müsabiqəsində Azərbaycanı "Always" mahnısı ilə təmsil edən müğənni Aysel Teymurzadənin arxiv videosu yayılıb.

OXU24.COM  big.az-a istinadən xəbər verir ki, 16 yaşında "Yeni Ulduz 4" layihəsində iştirak edən Aysel "Kölgən olaram" mahnısıyla izləyicilərin rəğbətini qazana bilib.

Onun həyəcan dolu ilk çıxışını əks etdirən həmin videonu təqdim edirik:

Qeyd edək ki, Bakıda doğulan Aysel Teymurzadə 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasına üzv olub. O, uşaq yaşlarından xarici dilləri öyrənməyə başlayıb və hazırda alman, ingilis, ispan, rus, türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olub. 2001-2005-ci illərdə Aysel fortepiano dərsləri alıb. 2004-cü ildə ABŞ-ın Texas ştatında "High School"a daxil olub və 2004-2005-ci illərdə orada təhsil alıb. Həmin müddət ərzində Teymurzadə ABŞ-da gənclərin musiqi müsabiqəsində iştirak edib və qızıl medal qazanıb. 2006-cı ildə Vətənə qayıdan Aysel Bakıda "İntellekt" Liseyini bitirib. Azərbaycana qayıtdıqdan sonra o, "Yeni Ulduz 4" layihəsində iştirak etməklə geniş tamaşaçı kütləsinə tanınıb.

Xatırladaq ki, Aysel Teymurzadə 2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru pianoçu Murad Adıgözəlovla ailə həyatı qurub. Cütlüyün 2012-ci il təvəllüdlü qızı, 2014 və 2016-cı il təvəllüdlü isə oğlan övladları var. Ailə həyatı qurandan sonra Aysel səhnədən uzaqlaşıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hüsniyə Məhərrəmli:
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
Studiyada təsirli anlar: Lalə Azərtaşın ayağına qapandı - VİDEO

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ