Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62864
az

“Sinə kiçiltmə əməliyyatımın qiyməti 100 mindən artıqdır” - Günay - VİDEO

01:0121 Dekabr, 2021
343
ŞOU-BİZNES
  • A

20 yaşımda başqa cür düşünürdüm, 30 yaşımda başqa cür düşünürəm. Amma 20 yaşımda bunu niyə etdim dediyim, peşman olduğum şeylər yoxdur. Bu gün olsa, yenə eyni şeyi edərəm dediyim şeylər çoxdur".

OXU24.COM xəbər verir ki, bu sözləri İstanbulda olay-ın kamerası qarşısına keçən model Günay Musayeva deyib. Sənətçi müsahibəsi zamanı bir çox məqamlara toxunub.

- Son aylar Paris, Moskva kimi şəhərlərdə çıxışlarınız oldu.

Bəli, son günlər iş rejimim bir az sıx keçdi, "Paris Fashion Week"də çıxışım oldu. Çox önəmli dizaynerlərin dəfilələrində iştirak etdim. Moskvada "Modnıy priqovor" verilişi hər kəsin maraqla izlədiyi layihədir. Rüfət İsmayılla orada da iştirak etdik, bizi çox yaxşı qarşıladılar. "Affair"in də dəfiləsi baş tutdu. Hər şey yaxşı keçdi.

- Sıx iş rejimindən oğlunuza necə vaxt ayırırsız? O, necədir?

Cihangir yaxşıdır, bütün günümü ona ayırdığım vaxtlar olur, işimlə məşğul olduğum zamanlarda isə ona dayəsi baxır. İndi 9 yaşı var, 3-cü sinifdə oxuyur. Musiqiyə marağı var, çox sevir. Bu həyatda "yaxşı ki, etmişəm" dediklərim içərisində ilk sırada gəlir. Çox gülərüz uşaqdır, onu sevgi dolu böyütmüşəm. Onunla çox paylaşım etmirəm, həm də davamlı uşaqları ilə paylaşım edən anaları xoşlamıram. Təbii ki, hörmətlə yanaşıram. Amma bunlar mənə saxta gəlir, hər gün, hər dəqiqə paylaşmaq özünü təsdiq problemidir. İnstaqramı daha çox iş səhifəsi kimi işlədirəm.

- Moda Həftəsinə çıxmaq üçün əməliyyat etdirdiniz...

Estetik əməliyyatlarda həkimin necə olması, savadı  çox önəmlidir. Mən İstanbuldakı həkimlərin hamsını tanıyıram. Uzun müddətdir sinəmi kiçiltmək istəyirdim. Həm də bu çox ağır əməliyyatdır, hər həkim edə bilməz. Düşündüm ki, bunu edə biləcək tək insan Bülent Cihantimurdur. Zəng etdim, dedim görüşməliyik. Söylədim ki, belə bir əməliyyat etdirmək istəyirəm. Parisə gedirəm, əhəmiyyətli podiumlara çıxacam. 34 bədənə o sinə çox ağır gəlirdi. Getdik, həkim dedi ki, analiz edin. Ona çox güvənirdim. Çox da gözəl nəticə əldə olundu. Hər şey də yaxşı keçdi. "Paris Fashion Week"də də sözümüzü dedik. Əməliyyatımın qiyməti 100 min lirədən çoxdur. Çünki üç əməliyyat keçirmişəm. Onu çıxarmaq, sıxlaşdırmaq, heç bir qırışın qalmamasını əldə etmək... Qiymətsiz bir əməliyyatdır.

- Bir ara seriallara çəkilirdiniz, yenidən belə bir plan varmı?

Televiziyada serial istəmirəm. Çünki çəkilişlər çox uzun çəkir. Moskvada seriala çəkilirdim. 45 dəqiqəlik 18 bölümlük serial idi. Çəkilişlərdəki peşəkarlıq o qədər gözəl idi ki... Türkiyədən çox fərqlənir. Orada nizam-intizam var. Türkiyədə bu çəkilişlər günlərlə davam edir. Heç nə edə bilmirsən. Türkiyədə dijital platformalarda seriala çəkilə bilərəm. Beynəlxalq bir modeləm deyə vaxtım yoxdur, xarici ölkələrə gedib gəlirəm. Amma Rüfət İsmayılla bir "youtube" kanalında verilişə başlayırıq. Peşəkar şirkətlə müqavilə imzalamışıq.

- Azərbaycanda fəaliyyət göstərən modellərdən kimləri bəyənirsiz?

Azərbaycanda model sektoru var ki? Bilmirəm, inşallah, olar. Sözün düzünü deyəndə, deyirlər ki, Günay aqressiv olur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı