Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61194
az

Almaz Ələsgərli qızlarının boşanmasından danışdı: \"Dalbadal ikisi də ayrıldı\"

20:2815 Noyabr, 2021
234
  • A

"Uşaqlarıma görə pis günlərə qalmışam. Hər ana, ata istəyir övladı xoşbəxt olsun. Qızlarım ailə qurdu, amma dalbadal ikisi də ayrıldı. şükürlər olsun ki, indi böyük qızım ailə qurub. İki nəvəm var".

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli "Onun sirri" verilişində deyib. Müğənni qızları Mədinə və Əminənin illər əvvəl ailə qurub boşanmasından söz açıb:

"Bu yaxınlarda üçüncü nəvəm də dünyaya gələcək. Həyat davam edir, hər qazanın öz qapağı var. Hamının həyatında bu iş ola bilərdi. Hər şeyə biz hazır olmalıyıq. Elə bilirdim ki, qızlarım ailə quranda yaxşı olacaq. Yaxşı yaşamaları üçün canımı verdim, amma alınmadı. Gedib toyda oxuyanda da elə bilirdim toy üstümə gəlir. Deyirdim, axı niyə? Qızlarımı elə böyütdüm, tərbiyə verdim, hər şey etdim. Niyə onlar ayrıldı?".

A.Ələsgərli ayrıldığı həyat yoldaşının vəfat etdiyini bildirib:

"Onunla ailə qurmağımı valideynlərim istəmirdi. Heç kimə qulaq asmadım. Amma sonra alınmadı. İndi rəhmətə gedib, qızlarım atalarını unutmur. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır".

Qeyd edək ki, A.Ələsgərlinin iki qız övladı var. Mədinə hazırda İsveçdə yaşayır. O, ailə qurub və iki övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı