Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57355
az

"Natavana sevgim qalmayıb" - Dado

20:2207 Avqust, 2021
1075
ŞOU-BİZNES
  • A

"Uşağı gedib görürəm. Amma get-gedə az-az görürəm. Aramızda olan problem deyil, sadəcə elə məsələdir ki, onu danışmaq kişiliyə yaraşmaz. Həyat belə gətirdi. Belə olmalı idi. Keçmişdə olan bir haldı. Oğlumun dünyaya gəlməsi böyükdür".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri reper Dado Əliyev müsahibələrindən birində deyib. O, müğənni Natavan Həbibi ilə boşanmalarından danışıb. İfaçı bildirib ki, artıq Natavanı sevmir:

"Uzun müddət susdum, açıqlamadıq. Məcbur olub özüm açıb ayrıldığımızı dedim. Münasibət yox vəziyyətdədir. Evlənmək fikrim yox idi. Elə gəldi ki, ailə qurduq. Sonradan müəyyən problemlər ortaya çıxdı... Nə mənim, nə onun səhvidir. Elə vəziyyət yarandı ki, düşündük mehriban ailə qala bilmərik. Evlənməzdən əvvəl düşünürdük ki, ikimizdə səhnə adamıyıq, bir gedib gələrik. İşlərimizi bir-birimizə bağlamağı düşünürdük. Anladım ki, bəzi hallar həyat prinsipimlə düz gəlmir. Deyirlər, evlənərək reklam qazandı. Bu evlilikdən bir manatın sahibi olmamışam. Duet oxusaydım, evimi də, maşınımı da dəyişərdim. Amma etmədim. Bunu reklam üçün etmədim. Bizim ailə elə gözəl başladı ki, düşünürdüm bizi heç kim ayıra bilməz.

İmkan verilməlidir ki, ailə qurulsun. Cütlüyə azadlıq verilməlidir. Hərə bir fikir deyir, başlayırsan səhv addım atmağa. Sevgim qalmayıb, yoxdur. Sevgini sındırmağa nə var ki... Sevgi dönüb ailə olmuşdu. Geri qayıtmaq fikrim də yoxdur. Beyin deyil ki, şərait buna imkan deyil, alınan deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar
Efirdə 50 min manatlıq mərc etdilər - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO