Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50080
az

Efirdə biabırçılıq: Verilişə çıxanda şalvarı cırıldı və... video

10:3706 Mart, 2021
33039
ŞOU-BİZNES
  • A

ARB-də yayımlanan "Elgizlə izlə" proqramında gözlənilməz hadisə yaşanıb.

 

Oxu24.com  xəbər verir ki, proqrama qonaq gələn meyxanaçı Samirə Yusifqızı təhqirlə üzləşib. Belə ki, ilk olaraq verilişdə ekspert qismində çıxış edən vəkil Şəfiqə Nağıyeva onun geyimini qınayıb. O, meyxanaçının ünvanına xoşagəlməz sözlər deyərək, onu pərt edib:

 

"Niyə onu sarıyıb özünə? Soyuqdur? Onu kənara qoy, hamı geyimini görsün. O nə geyimdir. Bugünki geyimdən sonra sizi çox istəməyəcəm. Samirə xanımı burada görüb əsəbiləşdim. Bu, geyim deyil. Sürücü işləyən, müştəri aparan adam elə geyinməz. Çıxardın o üstdəki yaylığı daxilən necə adamsan hamı görsün. Dur dön hamı sənə baxsın. İctimaiyət arasına çıxır, camaat ona baxır. O darlıqda şalvarla durub danışır. Nəticə çıxardan adam gedib dəyişər. Onun tərəfə baxmayacam".

 

Aparıcı Elgiz Əkbər isə Samirəni ayağa qaldırıb, paltarını kameralara çəkdirərək "Biabırçılıqdır, sənin yaşına uyğun deyil. Xanım kimi geyin, bunu cavan qızlar geyinər" sözlərini söyləyib.

 

Samirə "Şəfiqə xanımı çox istəyirəm, danlasa da incimirəm. Böyük bilirəm onu. Sadəcə, efirə gələndə şalvarım cırıldı, maşında bu olduğu üçün geyindim" cavabını deyib. 

 

"Ağsaqqal adamın qarşısında elə geyimdə gəlib oturmaq düz deyil. Bəzi qızlar olur evdən çıxanda uzun geyinir, kənarda qısa edir. Təzədən evə qayıdanda ətəyi uzadır" deyən vəkil onu görmək istəmədiyini söyləyib. Elgiz Samirəni yerindən durğuzaraq, Ş.Nağıyevanın görmədiyi yerdə otuzdurub.

 

Verilişin digər eksperti, psixoloq Narınc Rüstəmovanın "Mövlana gözəl deyib: Tərifi cəmiyyət içərisində, tənqidi təklikdə. Yazıq tər tökdü, qəlbi qırılmazdı" sözləri vəkili özündən çıxarıb.

 

O, "Tər tökməsin, nəticə çıxarsın ki, o darlıqda geyinmək olmaz. Mənə irad göstərməyin. İndi keçərəm sizə ki, ayağını ayağının üstünə qoyub oturur" deyərək, psixoloqu hədələyib.

 

"Şəfiqə xanım, siz Allah bəsdirin" deyərək, Samirə əsəbiləşib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO
Şərabın elə bir faydası üzə çıxıdı ki...
Efirdə GƏRGİNLİK:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi