Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36040
az

\"Abbas illərlə işlərimə mane oldu\" — Ramal sirrləri açdı

19:1421 İyul, 2020
1207
  • A

"İlhamə Quliyeva ilə Flora Kərimova kimi Abbasla mənim də söz-söhbətimiz ölənə qədər bitməyəck. Sənətçi dostumdur, önəmli yerlərdə oxuyur. Öz gücünə o yerlərə qalxıb. Mənə də imkan versin oxuyum. Qulağıma gəlir ki, məni Abbas filan yerdən saxladı, radioda mahnılarımın verilməsini qoymur. Mən də gedib Abbasın adamlarından böyük adamlar tapdım və mahnımı radioya verdim. Görünür mənim gücüm daha çox oldu".
"Oxu24.com" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Söhbətsiz" verilişində deyib. Sənətçi Əməkdar artist Abbas Bağırovla neçə ildir aralarında davam edən qalmaqaldan söz açıb. O, küsmələrinə səbəb olan "Aləm gözəl" mahnısı ilə bağlı sirrləri açıb:

"Aləm gözəl" 15 il öncə yazılıb. İş adamı dostumuz var idi. Nişanı olacaqdı, sənət adamları orada yeni mahnı oxumalıydı. O qədər imkanlı insandır ki... Dedi, gətirib məni təyyarə ilə təəccübləndirməyəcəksiniz ki, varımdır, gəmi almayacaqsız, o da varımdır. Musiqiçi idi, xoşu gəlirdi mahnılarda adı hallansın. Mən də "Aləm gözəl" yazdım, sözləri düzəltdim. Yoruldum, göndərdim, köməkçim Leyla sözləri tamamladı. Bir çox müğənnilər mahnını öz adına çıxdı. Nə edirsiz edin, mahnıma dəyməyin. Sonra mahnını həmin şəxsə göndərdim. İş adamı yanımda zəng edib Abbasa qulaq asdırdı. Abbas da telefonda dedi ki, oxumaq istəyirəm. İş adamı qayıtdı ki, Ramaldan icazə al. O da cavab verdi ki, ondan icazə alıramsa, oxumuram. Atdı Abbasa,dedi oxu, mənimdir. O da oxudu. Gözləyirik, Abbas 3 ildir mahnı oxumur, bir "Aləm gözəl" üstündə qalıb. İstəyirəm yeni mahnı oxusun, vursun onu keçsin".
Ramal bildirib ki, "A-trio"dan getməsi Abbası əsəbiləşdirib:

"Biz Vaqif Gərayzadənin tələbələri idik. Abbas qrup yaratdı, dedi, maliyələşdirirəm. İstedad olmasa, nə qədər pul qoysan da, alınmayacaq. Mən də axırda ortaya çıxmalıyam, ömürboyu qrupda qalmayacam ki... Hamı özünü qaldırmaq, 3 yox beş qazanmaq istəyir. Solo ifaya başladım. Qrupdan çıxdım, Abbas da əsəbiləşdi ki, görərsən. Bir çox illərimə mane oldu. Hansısa toydan saxlatdırdı, tədbirlərə qoymadı".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var