Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3092
az

Xalq artisti oğurluq etdiyini illər sonra ETİRAF edib, ağladı: "Bunu hələ də özümə bağışlamıram"

22:4122 İyun, 2018
1490
ŞOU-BİZNES
  • A
Xalq artisti Arif Quliyevin Oxu24.com-a müsahibəsi.

- Arif müəllim necəsiz?

- Şükür Allaha, özümü çox yaxşı hiss edirəm. Əsasən də, teatrdan, kinodan danışanda.

- Bugünkü komediyalardan razısınız?

- Əlbəttə, hamısından razıyam. Komediya nə qədər çox olsa, ondan alacağımız məhsul bizi az qane edər. İndiki komediyaları ona görə bəyənirəm ki, hərəsində bir gözəllik var. Biri zəif ola bilər, biri üstün. Lakin bunların hamısının öz çəkisi var. Komediya özü silahdır, biri var güllə ilə birini vurasan, biri də var söz gülləsi ilə. İndi Arif Quliyev dincəlir, yeni komediya aktyorları gəlir.

- Mən çox sevinirəm ki, siz fəaliyyətdə olan gənclərə bu cür dəstəksiniz.

- Yanan işığı gərək daha da alışdırıb, yandırasan. Teatr işığı alışdırır, yandırır. Biz sənətkarlar da o istinin şüasından alıb, bizi sevən tamaşaçılara ötürürük. Bu cür gəncləri mən həmişə alqışlayıram.

- Mən bilirəm ki, siz bir baba kimi nəvələrinizi çox sevirsiniz. Onlara vaxt ayıra bilirsiz?

- Əlbəttə, vaxt ayırıram. Nəvəsiz həyat yoxdur! Evə daxil olan kimi belimə minirlər (gülür). Nəvə heç nəyə baxmır, istəyir titulun olsun, istəyir olmasın. Onlar mənə bütün dərdi-qəmi unutdurur, başımı qatır.

- Həyatda peşman olduğunuz məqamlar çox olub?

- Mən bir dəfə oğurluq etmişdim, onda peşman oldum. Onu indiyə kimi özümə bağışlaya bilmirəm.

- Nə oğurluğu idi?

- Bir dəfə vağzaldakı qadının balıq bağlamasını oğurlamışam. İndiyə qədər onun peşmanlığını çəkirəm. Bunu özümə bağışlaya bilmirəm.

- Həyat  sizi çox sınasa da güclü olmusunuz...

- Həyatdır da. Allah məndən bir yandan alıb, bir yandan da mənə insanların məhəbbətini verib. Canıma, qanıma elə bir sənət hopdurub ki, o sənət vasitəsilə məni görüb tanıyıblar. İnsanların ürəyindən qəmi, kədəri, qüssəni qopardıb yerinə həmişə istəmişəm ki, gülüş toxumu səpim. Çünki mənim həyatım çox keşməkeşli olub.

- Həyatda nə ürəyinizcə deyil?

- Hər şey ürəyimcədir. İndiyə kimi o sevgi, məhəbbət varsa insanlarda, deməli, mən xoşbəxtəm. Başqa heç nə istəmirəm. Aktyor üçün bundan böyük nə ola bilər?

Əli Rəhimoğlu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO