Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29571
az

Nadir Qafarzadə oğluna aldığı yeni mənzilini nümayiş etdirdi — VİDEO

19:0024 Aprel, 2020
574
ŞOU-BİZNES
  • A

“Mənim digər vətəndaşlardan fərqim yoxdur. Karantin günlərimi onlar kimi evdə keçirirəm, SMS-lə küçəyə çıxıram. Bir azdan verilişə gedəcəyəm. Kanal mənə icazə üçün buraxılış vərəqəsi göndərib. Bir sözlə, qaydalara hamı kimi mən də əməl edirəm. Biz üzdə olan insanıq deyə, nümunə olmalıyıq. Evdə qalmağımız məsləhətdir”.
"Oxu24.com" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramına “Skype” vasitəsilə canlı efirə qoşulan müğənni Nadir Qafarzadə deyib. 

Sənətçi öz evində deyil, oğluna aldığı yeni mənzildə qaldığını söyləyib:

“Hazırda oğlumun evindəyəm. Həyat yoldaşım yanımda deyil. O, başqa evdədir. Xanımım ekranlardan qaçan insandır. Evdə yemək də bişirmişəm, ət qızartmışam. Oğluma özüm baxıram. Çünki o, hələ çox şeyi bacarmır. Biz amma çoxdanın evdar adamıyıq. Həm evdə, həm də çöldə kişi hər şeyə hazır olmaldır. Bir sözlə, yararlı insan olmalıdır”.
17 ildir evli olan N.Qafarzadə oğlunu evləndirmək istəsə də, lakin onun buna hələ hazır olmadığını bildirib:

“Bütün valideynlər kimi ən böyük arzularımdan biri oğlumu evləndirib, toy etməkdir. Oğluma deyirəm ki, evlən. Amma o, hələ buna hazır olmadığını deyir. Seçimi onun özünə buraxmışam. Çünki mən də xanımımı özüm seçmişəm. Çox xoşbəxtəm. 17 ildir ki, ailə sahibiyəm. Gözəl xanımım və övladlarım var”.

 

Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
Studiyada təsirli anlar: Lalə Azərtaşın ayağına qapandı - VİDEO
Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü