Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26706
az

"Çox səbrli imişəm" — Əməkdar artist gəlinindən danışdı

19:1117 Mart, 2020
585
ŞOU-BİZNES
  • A

"Mənim kimi səbirsiz, hər şeyə əsəbiləşən biri özündə səbr gördü. Nə qədər səbrli, hər şeyi altdan alan biriymişəm. Ətrafımdakılar da təəccüblənir ki, bu, sənsən? Düşünürəm ki, bütün qayınanalar belədir".
"Oxu24.com" Axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Ona qalsa" verilişində deyib. Müğənni gəlini ilə bağlı sualları cavablandırıb.

O bildirib ki, illərlə rəfiqəsi olan xanımın qızını oğluna alıb:

"Ailəni davam etdirmək, başqa bir ailənin uşağını gətirib öz evində saxlamaq, yeni həyat bəxş etmək çətin və məsuliyyətlidir. Bu, qayınanalardan böyük bir cəngavərlik tələb edir. Bir evdə yaşamırıq, amma günümüz bir yerdə keçir. Bir övladım var. Nə qədər vaxtım qalırsa, onlara sərf etmək istəyirəm. Yaxşı qayınanayam.
Ən ideal tərbiyə də fərqlidir. Hər ailənin öz tərbiyə forması var. Gəlin gələndə sənin ailənin tərbiyəsini götürməlidir. Bunun üçün də illər və səbr tələb olunur.

Allah hamıya ağıllı gəlin, kürəkən qismət etsin. Gəlinin yaxşı olması şansdır. Uzun illər rəfiqəlik etdiyim xanımın, sinif yoldaşımın qızını almışam oğluma. Amma gördüm ki, rəfiqəm başqa, qızı başqa xasiyyətdə imiş. Səbrli olmaq lazımdır ki, bu çətinlikləri aşasan".  

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər