Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2656
az

Fədayə Laçın intihara cəhd etdi? - Vəkili danışdı

12:3207 İyun, 2018
2069
  • A
Vəkili xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçınla görüşüb.

OXU24.COM xəbər verir ki, vəkil Türkel Süleymanlının APA-ya verdiyi məlumata görə, görüş müəyyən istintaq hərəkətlərinin aparılması ilə bağlıdır. Vəkil bildirib ki, F. Laçının intihara cəhd etməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır: "O, özünü yaxşı hiss edir və saxlanma şəraitindən heç bir narazılığı yoxdur".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO