Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15810
az

Məşhur qanqster Hacı Məmmədovun müğənnilərlə əlaqələrinin olması yenidən gündəmə

11:1717 İyul, 2019
5835
ŞOU-BİZNES
  • A
 
2005-ci ildə Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham olunan, həbsdə intihar edən məşhur qanqster Hacı Məmmədovun tanınmış müğənnilərlə əlaqələrinin olması yenidən gündəmə gəlib.

Oxu24.com  xəbər verir ki, ötən gün Xalq artisti Brilliant Dadaşovanın mərhum sənətkar Mirzə Babayevin doğum günü ilə bağlı paylaşımına gələn şərhlərdə onun Hacı Məmmədovla əlqəsindən  söz açılıb.

Ümumiyyətlə çoxlarına məlumdur ki, Hacı Məmmədov zamanında bir çox məşhur şou-biznes nümayəndələri ilə yaxşı münasibətlərdə olub, müğənnilər və yaxın dostları üçün tez-tez özünə məxsus olan vaxtilə "Qarabulaq” restoranında  ziyafətlər təşkil edib. Həmin ərəfədə müğənnilər Hacı Məmmədovla fotoları da yayılırdı.

Bu müğnnilərdən biri də adını çəkdiyimiz xalq artisti Brilliant Dadaşova olub. Xatırlayırsınızsa, sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi.
Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. Onun necə və kimin əli ilə yaşının cavanlaşdırılması və adının dəyişdirilməsi hələ də müəmmalı olaraq qalır.
Qeyd edək ki, Brilliant Dadaşova ilə yanaşı mərhum xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Manana Caparidze, Mətanət İsgəndərli və Eyyub Yaqubovun da adı Hacı Məmmədovla hallanırdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI